ArxivIslamXəbər lentiXəbərlər

Moskvada müsəlmanlar üçün ayrıca bir çimərlik açıla bilər

Moskva şəhərinin rəhbərliyi müsəlmanlar üçün ayrıca çimərliyin paytaxtda yaradılması imkanlarını müzakirə etməyə hazır olduqlarını açıqlayıb.
Moskva Şəhər Dumasının ictimai birliklər və dini təşkilatlar üzrə komissiyasının rəhbəri Anton Pavleev bu barədə açıqlamasında qeyd edib.
“Görəsən belə bir istirahət zonası var, hansında ki, müsəlmanlar rahat əyinlərini dəyişə bilərlər? Bunu Moskva hökuməti ilə dəqiqləşdirmək lazımdır. Amma ideya baxımından dəstəkləyirik. Bu prinsipcə düzgündür”, – deyə Pavleev bildirib.
O, həmçinin qeyd edib ki, çimərliyin yaradılması bu barədə daxil olan müraciətlərin sayından da asılı olacaq. “Əgər həqiqətən çox böyük sayda müraciət olsa, onda Moskva hökuməti bunun üzərində düşünməli və nə isə təqdim etməlidir”, – deyə deputat bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button