ArxivmədəniyyatXəbər lentiXəbərlər

Bakıda nəqliyyat müfəttişlərinin daha bir vəhşiliyi – Foto

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında daha bir insident yaşanıb
Hadisə şahidlərinin avtolent.az-a verdikləri məlumata görə, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsündən sənədlərini tələb ediblər. Bu zaman onların arasında mübahisə düşüb və müfəttişlər taksi sürücüsünün sürücülük vəsiqəsini əlindən alıblar. Daha sonra müfəttişlər özlərinə məxsus maşına əyləşərək ərazidən uzaqlaşmaq istəyərkən taksi sürücüsü avtomobilin qarşısına çıxıb. Müfəttişlər avtomobillə taksi sürücüsünü vuraraq hadisə yerini tərk ediblər. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Yaralı taksi sürücüsü ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb.
Yasamal Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Lakin araşdırmalar hələ başa çatmadığı üçün polisdən bu barədə əlavə açıqlama verilməyib.
Şahidlər hadisə yerindən çəkilmiş fotoları da təqdim ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button