ArxivIslamŞeirXəbər lentiXəbərlər

Namaz məhbusu Şeyx Sərdar haqqında şer yazılıb

İlahiyyatçı alim, şair Arzu Eyvazov hazırda günahsız yerə həbs edilən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli haqqında şer yazıb
İslaminSesi sözügedən şeri oxucularına təqdim edir.

Ölümü də həyat qədər
sevənlər var arada.
Ağ sevən, mavi sevən var,
atılmayıb qara da.

Seviləni tanımasan
sevənin həvəsin gör!
Rəqqasələr, saqilərin
Yezidə busəsin gör.

Gəl iki eşq arasında
gecə-gündüz savaşdı…
Bir şəhərdə iki aydı
mürşidin yeri boşdu.

Tanımırdım, tanımışam
sevənlərin sözündən,
Bir şəkli var, təmizliyin
oxuyarsan gözündən.

Aparıblar bələdçini,
karvan qalıb yol üstə.
Sındırıblar kuzələri
təşnələr son nəfəsdə.

Karvanda bir zümzümə var,
ay allahsız, qulaq ver.
Allah, Allah, Allah, Allah –
çağırırlar, maraq ver.

Vay halına səndən qabaq
Allah aça qapını.
Sellər alıb aparacaq
tüfəngini, topunu.

Allah qalxan altda əzir,
bel bağlama qılınca.
Çəkil yoldan, karvan düşsün
Sərdarının dalınca…

20 aprel 2017

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button