ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nahid Qəhrəmanlı həbsxanadan məktub ünvanladı

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Nahid Qəhrəmanlı həbsxanadan məktub ünvanladı.

Qafqaz.ir  məktubu olduğu kimi təqdim edir:

“Bu gün hamıya məlum olduğu kimi dünya və axirət xanımlarının xanımı Fatimeyi-Zəhranın (s.ə )mübarək mövlud günüdür. Bu gün münasibətilə bütün müsəlmanları, xüsusən də bu çətin zəmanədə Xanım Zəhranın əmanəti olan hicabı qoruyub saxlayan xanımları təbrik edirəm.

Xanım Zəhra (s.ə) bu dünyada az yaşasa da çox bərəkətli ömür sürüb. Bu az ömür müddəti bütün xanımlara istər həyat yoldaşı ilə münasibətdə, istər övlad tərbiyəsi ilə məşğul olanda, istər məişət işləri ilə məşğul olanda, istər ictimai fəaliyyətində ibrət olmalıdır. Düzdür, bu Xanımın həyatından misal çəkməyə mərifətimiz çatmasa da, istəyirəm bir hadisəni sizə nəql edim: “Bir gün Xanım Zəhra (s.ə) 5-6 yaşında olanda evlərinin qapısı döyülür. Peyğəmbər (s) qapıya baxır ki, onun evinə həmişə gələn bir kor kişidir. Xanım Zəhra (s.ə) bu kişinin kor olduğunu bilsə də tez hicabını geyinir.
Peyğəmbər (s) soruşur: Bu kişinin gözləri görmür axı niyə hicabını geyindin?

Xanım (s.ə) isə cavabında deyir: Axı Allah (c.c) bizə naməhrəmin yanında bağlanmağı əmr edib.

Bu ibrətamiz hadisə bizlərə hicabın Allah (c.c) əmri olduğunu xatırladır. Çox təəssüflər olsun ki, xalqımızın 96 faizinin müsəlman olmasına baxmayaraq, hələ də hicab qadağası öz qüvvəsində qalır. Qonşu ölkədə- xristian Rusiyada şəxsiyyət vəsiqəsində hicabla şəkil çəkdirməyə icazə verildiyi bir zamanda ümid edirik ki, tezliklə bizim müsəlman ölkəmizdə də bu qadağa aradan qaldırılacaq. Və hicaba görə həbs olunmuş ruhanilərimiz və möminlərimiz öz haqları olan cismani azadlığa qovuşacaqlar.

Sonda bütün hicablı xanımlarımıza demək istəyirəm ki, əlimizdən bu qədəri gəldiyi üçün bizləri üzrlü bilsinlər!

Nahid Qəhrəmanlı

MBH İdarə Heyətinin üzvü

03.02.2021.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button