ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Ermənistan prezidentinin sözlərinə reaksiya verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan prezidentinin İrəvanın həmin ölkənin ərazi bütövlüyünü himayə etməsinə dair sözlərinə reaksiya verib.

Trend xəbər agentliyinin məlumatına görə, Hikmət Hacıyev dünən Ermənistanı insan haqları və beynəlxalq qanunları pozmaqda ittiham edərək, deyib ki, bu ölkənin Qarabağ münaqişəsinin həllinə meyl göstərməsi əslində bir növ təzahürdür.

Hikmət Hacıyev əlavə edib: Ermənistan öz siyasi rəftarlarını beynəlxalq qanunlar əsasında tənzimləmir və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qanunsuz təbliğatlar aparır.

Ermənistan prezidenti Serj Sarkisyan dünən bu ölkənin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, deyib ki, bütün xalqlar beynəlxalq qanunlar əsasında öz müqəddəratlarını təyinetmə haqqına malikdirlər.

Sarkisyan söyləyib: Bir ölkədə yaşayan bütün insanlar öz hökumətlərinin siyasi quruluşunu azad surətdə təyinetmə haqqına malikdirlər. Və bir ölkədə yaşayan azlıqlar da azad şəkildə öz kimliklərini ifadə edə və onu qoruya bilərlər.

Sarkisyan həmçinin vurğulayıb: Qarabağ əhalisi də bir azlıq kimi öz müqəddəratını təyinetmə haqqına malikdir və bu məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə təzadda deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button