ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nəqliyyatda yenidən gediş haqqı artırılmasından danışırlar

“Gediş haqqının yetərli olmadığını bildiririk”
Müraciət müəlliflərindən “Xaliq Faiqoğlu” şirkətindən “Turan”a bildirilib ki, bu il yanvarın 31-dən gediş haqqının 10 qəpik artırılmasından dərhal sonra dizel yanacağına görə verilən subsidiya kəsilib və bu, onların fəaliyyətinə ciddi çətinliklər yaradıb: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.
Şirkətlər hökumətdən subsidiyanın bərpasını tələb edirlər.”2021-ci ildə ölkədə dizel yanacağının qiyməti 33 faiz bahalaşaraq 80 qəpik müəyyən edilib. Hazırkı vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır”, -müraciətdə vurğulanır.
Subsidiya dizel yanacağına görə (artım nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi qədər hesablanır. Lakin bu, sərnişindaşıma xidmətindən gələn vəsaitin 10 faizindən aşağı olmalıdır.
Müraciətə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.
“Gəlirləri xərclərini ödəmirsə, subsidiyalar lazımdır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Turan”a deyib ki, hər bir sahədə çalışan şirkətlər gəlirlə işləməlidir. Amma onun sözlərinə görə, bəzən dotasiya ilə işləyən sahələr həmin dotasiyanı alsınlar deyə, öz gəlirlərini gizlədirlər: “Ona görə də hesab edirəm ki, sərnişindaşımada birbaşa xərclər dəqiq öyrənməlidir. Əgər, doğrudan da, onların gəlirləri xərclərini ödəmirsə, subsidiyaların verilməsi lazımdır, çünki vətəndaş və əhali ilə bağlı xidmət sahəsinə subsidiyalar lazımdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button