ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müsavat növbədənkənar seçkidə iştirakdan imtina edib

Partiya hesab edir ki, hakimiyyət seçki ilə bağlı çağırışlara reaksiya verməyib

Müsavat Partiyası 7 fevral növbədənkənar Prezident seçkisində iştirak etməyəcək.
Bu barədə dekabrın 15-də partiyanın Divanında qərar qəbul edilib.
Məlumatı Müsavat Partiyasının Mətbuat Xidməti yayıb.
Bildirilir ki, hakimiyyət Müsavat Partiyasının seçki ilə bağlı çağırışlarına reaksiya verməyib:
Partiya hakimiyyəti seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyini təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib”.
Partiya hesab edir ki, hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib:
“Seçki kampaniyasının qəfil elan olunması ilə seytnot vəziyyətinin yaradılması seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”.
Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar Prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib”, – deyə Divanın qərarında vurğulanıb.
İclada həmçinin partiyanın və Milli Şuranın üzvü Tofiq Yaqublunun və “Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalının həbsi müzakirə olunub.
Bildirilib ki, Tofiq Yaqublunun həbsi Müsavat Partiyasına və bütövlükdə müxalifətə təzyiq, həmçinin cəmiyyətdə xof yaratmaq məqsədilə atılan repressiv addımdır:
Azərbaycanda son həftələr ərzində 10-dan artıq jurnalistin, o cümlədən “Turan” agentliyinin əməkdaşı Hafiz Babalının  həbsi ölkədə söz və media azadlığına qarşı basqıların davamı kimi qiymətləndirilərək pislənilib. Bütün siyasi məhbusların və sifarişlə həbs edilən jurnalistlərin azadlığa buraxılması tələb edilib”.
Müsavat Partiyası 2003-cü il seçkilərində partiyanın o vaxtkı başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyib.
2008-ci il seçkilərini boykot edib.
2013-cü ildə isə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyib.
Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti hazırkı ölkə başçısı İlham Əliyevin namizədliyini rəsmən açıqlayıb.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, prezident vəzifəsini icra edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button