ArxivXəbər lentiXəbərlər

Rusiya ordusu baş qərargah rəisi Azərbaycana səfər edib

NATO-nun hərbi komitəsinin sədri Petr Pavel ilə müzakirələr aparmaq məqsədi ilə Bakıya daxil olan Rusiya ordusunun baş qərargah rəisi Valeri Qrasimov bu gün Azərbaycan Respubliksı prezidenti İlham Əliyev ilə görüşüb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi portalında bildirilir ki, görüşdə İlham Əliyev Rusiya ordusu baş qərargah rəisi ilə NATO-nun hərbi rəsmisi arasında Bakıda baş tutan müzakirələrin təhdidlərin qarşısının alınması və qarşılıqlı etimadın gücləndirilməsində önəmli olduğunu bildirib. İlham Əliyev Bakının ikinci dəfə bu müzakirələrə evsahibliyi etdiyini bildərərək deyib: Biz dünyada çaxnaşmaların məhdudlaşdırılmasını istəyirik. Azərbaycan Prezidenti Rusiya və NATO rəsmilərinin Bakı müzakirələrinin Azərbaycan Respublikasına etimadın eləcə də Azərbaycanla Rusiya arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib. İlham Əliyev deyib: Azərbaycanla Rusiya arasında əməkdaşlıqlar bütün sahələrdə o sıradan hərbi və hərbi-texniki sahələridə uğurla inkişaf edir. İlham Əliyev Rusiya ordusu baş qərargah rəisinin Bakıya səfərinin iki ölkə əməkdaşlıqlarının perspektivinin araşdırılması üçün əlverişli fürsət yaratdığını deyib.

Görüşdə Veleri Qrasimov da Azərbaycanı Rusiyanın strateji ortağı adlandırıb və deyib: İki ölkə arasında bütün sahələrdə o sıradan hərbi və hərbi-texniki sahələrdə yaxşı əlaqələr mövcuddur .

Bakı mediyaları həmçinin NATO hərbi komitəsinin sədri Petr Pavelin Rusiya ordusu baş qərargah rəisi Valeri Qrasimov ilə Bakı görüşünün NATO-nun Rusiya ilə əlaqələrin dayandırılması qərarından sonra ilk görüş olacağını bildiriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button