ArxivIslamNardaranQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Müsəlman Birliyi” Hərəkatının üzvləri öz tərəfdarlarının aclıq aksiyası barədə

Bazar ertəsi “Müsəlman Birliyi” Hərəkatının bir qrup fəalı həbsdə olan dindarlrın aclıq etməsilə əlaqədar mətbuat konfransı keçirib.

Hərəkatın üzvü Elçin Qasımov bildirib ki, hazırda aclıq edənlərin sayı 10 nəfərdir, lakin hakimiyyət aksiyaya məhəl qoymur və aclıq edənlər haqda məlumat vermir.

“Biz bu məsələni sivil şəkildə həll etməyə çalışdıq, lakin, görünür, hakimiyyət bunu istəmir”, – o deyib.

“Biz aclıq edənlərdənvə onların ailələrindən danışmırıq, biz hakimiyyəti Allaha hörmət etməyə çağırırıq. Qoy, araşdırma aparsınlar və günahkarları cəzalandırsınlar”, – o, sözlərinə davam edib.

Qasımov xatırladıb ki, hüquq müdafiəçisi Rüfət Səfərov ombudsmana müraciət edərək Qobustan həbsxanasına baş çəkməyə və aclıq aksiyasının təşəbbüsçüsü Taleh Bağırzadənin vəziyyətini yoxlamağa çağırıb.

Xatırladaq ki, dindarların aclıq etməsinə dindarların saxlanılması və dindirilməsi zamanı  polislərin təhqiramiz ifadələri səbəb olub. 0

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button