ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Tramp ABŞ-ın bizim illərdir dediyimiz həqiqi simasını əks etdirir

“İranlılar heç kimdən və heç bir təhdiddən qorxmurlar. Bütün bunlara baxmayaraq, biz ona minnətdarıq. Çünki bizim zəhmətimizi azaldıb…”

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölkənin Hərbi Hava Qüvvələri ilə görüş keçirib.

ABŞ-ın yeni seçilmiş prezidentinin İran əleyhinə olan mövqelərinə toxunan Ayətullah Xamenei deyib:

“ABŞ-da yeni seçilmiş prezident ölkəmizin Amerikaya hakim olan rejim əleyhinə 38 ildə dediyi bütün sözləri açıq surətdə bəyan etdi. Xalqımız fevral ayının 10-da onun təhdidlərinə cavab verəcək. Bəziləri deyir ki, biz Obamaya minnətdar olmalıyıq. Heç vaxt! Çünki o, İran xalqını iflic etmək üçün ağır sanksiyalar tətbiq etdi. Təbii ki, bu hədəfinə nail olmadı, necə ki, heç bir düşmənimiz bunu edə bilməyəcək. ABŞ-ın keçmiş prezidentinə niyə minnətdar olmalıyıq? Tətbiq etdikləri sanksiyalara görə? İŞİD-i yaratdığına görə? Suriya və İraqı alova atdığına görə? Ya ikiüzlülüklərinə görə? ABŞ-ın yeni prezidenti deyir ki, İran xalqı məndən qorxmalıdır. İranlılar heç kimdən və heç bir təhdiddən qorxmurlar. Bütün bunlara baxmayaraq, biz ona minnətdarıq. Çünki bizim zəhmətimizi azaldıb. Həqiqi simalarını göstərməklə, bizim bu ölkə barədə dediyimiz siyasi, iqtisadi, əxlaqi və ictimai fəsadları sübuta yetirdi. Yeni seçilmiş prezident seçkilər öncəsi çıxışlarında ABŞ-ın həqiqi simasını açıq şəkildə gözlər önündə sərdi. 5 yaşlı iranlı uşağın qoluna qandal vurmaq ABŞ-ın iddia etdiyi insan haqlarına nümunədir. Allah İmam Xomeyniyə rəhmət etsin! O dəfələrlə ABŞ-ın həqiqi simasından söz açır və məmurları Böyük Şeytana güvənməkdən çəkindirirdi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button