ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatı son təzyiqlərlə bağlı bəyanat verdi

Müsəlman Birliyi Hərəkatı dindarların son günlər hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı bəyanat verib.

Hərəkatın mətbuat xidmətindən verilən bəyanatı olduğu kimi təqdim edirik:
 
“Hakimiyyətin müharibə dövrü və sonrakı zamanda davranışları gözlənildiyi kimi öz həqiqi mahiyyətini çox keçmədi ki, yenidən aşkarladı. Hələ Ramazan günlərində evlərə basqınlar, fiziki təzyiqlər, maska taxma bəhanəsilə inanclıları dini dünyagörüşünə görə aşağılama, təhqir, ardınca həbs kimi hərəkətlərlə dindarlara qarşı gerçək münasibətlərini sərgiləyəcəkləri təəccüblü deyildi. Hər ötən gün gərginləşən münasibətlər sürətlə həlli mümkünsüz bir situasiyanı təlqin edərkən, səbr və dözüm nümayiş etdirən inanclılara qarşı hakimiyyətin həbs dili ilə danışması sanki səbrin mükfatı olaraq planlı icra edilir.
Ötən gün (21 May) bir neçə polis maşınının müşayəti ilə operativ dəstə Ağcabədi rayon sakini inanclı, Müsəlman Birliyi Hərəkatının üzvü olan Hacıyev Vüqar Rizvan oğlunu heç bir səbəb olmadan yoldan oğurlayaraq həbs edib. İdarədən sızan məlumata görə, sifarişli olan həbs, hakimiyyətin nümunəvi vətənpərvər bir inanclıya qarşı narkotika ittihamı əsasında saxlama göstərişilə gerçəkləşdirilib. Vüqar ikinci Qarabağ savaşı zamanı müharibədə əsgərlərə yardımı ilə yanaşı, gələn şəhid cənazələrinin dini dəyərlərə müvafiq olaraq hazırlanması işlərində fərqləndiyi üçün rayonun icra nümayəndəliyi tərəfindən də müsbət qiymətləndirilib. Lakin təəssüf ki, müharibə dövründə İslam dini və dəyərlərinə ehtiram arxasında gizlənən rejim, müharibə bitən kimi yenə də köhnə xislətinə qayıdaraq islamofob davranışı ilə inanclıları təqib, təzyiq və həbslərlə əzməyə çalışır.
Mövcud halların qəbulolunmaz olduğunu bildirərək, Müsəlman Birliyi Hərəkatı olaraq hakimiyyəti bu növ çirkin davranışlara son verməyə, saxlanılan Vüqar Hacıyevin təcili azad edilməsinə və gələcəkdə vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırırıq”.
Müsəlman Birliyi Hərəkatı.
22.05.2021.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button