ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı

Qafqaz.ir xəbər verir ki, Müsəlman Birliyi Hərəkatı Əvəz Zeynallı və Elçin Sadiqovun həbsini pisləyən bəyanat yaydı. Hərəkatın rəsmi səhifəsində yer alan bəyanatda deyilir:
Ölkədə azad media və azadlıqlara qarşı yaradılan maneələrə etiraz edən ziyalıların susdurulmasına cəhdlər bu günlər növbəti dəfə mahiyyətinə müvafiq addımları ilə gündəm oldu. Hakimiyyətin, həqiqətin müdafiəsi üçün böyük fədakarlıqlar göstərən hüquq müdafiəçiləri-vəkillərin və media sahəsində çalışan azad düşüncə mübarizlərinin müxtəlif ittihamlarla siyasi meydandan uzaqlaşdırılması cəhdləri artıq heç kəs üçün yeni hal deyil. Böyük fiqurların cinayət oyunlarına qurban gedən Elmarlardan, Mehmanlardan, həbslərə məhkum edilən Abid Qafarovlar və ya yalan iftiralar üzərindən pərdəni qaldırıb həqiqətləri üzə çıxardığı üçün vəkilliyinə xitam verilən Yalçın İmanovlar, bu ölkənin siyasi mənzərəsini sadə cizgilərlə göstərir.
Hakimiyyət mövcud sərhədləri media haqqında qanun qəbul etmək və siyasi partiyalar haqqında qadağa müddəaları tətbiq etməklə əsarətə saldığı kimi, bunu aşkarlayacaq “KİM TV”, “Xural TV” kimi az sayda qalan media orqanları, ən əsası bu həqiqətləri xalqa anlada biləcək Əvəz Zeynallıları həbsə atmaqla susdurmağa çalışır. Şübhəsiz, onların sifarişli həbsləri həqiqət müdafiəçisi olan Elçin Sadiqovların hədəfə alınması ilə nəticələnəcəkdi ki, hakimiyyət bununla da bir daha öz əzici pəncəsi ilə məkrli addımını bu istiqamətdə atdı.
Heç bir hüquqi müstəviyə sığmayan bu addımlara dəstək üçün çoxdan kimlikləri xərclənmiş, özlərini siyasi güc hesab edən partiya mənsubları və mediaya ləkə olan sifarişli yayımçıların hakimiyyətə dəstək göstərib, yanlış ictimai rəy formalşdırma cəhdləri ölkəmizin fikir və söz azadlıqlarına qara ləkədən başqa bir şey deyil.
Mövcud addımları yolverilməz hesab edərək biz, Əvəz Zeynallı və Elçin Sadıqovun siyasi həbslərini pisləyir və bunu fikir və söz azadlığına qarşı növbəti repressiya aktı kimi qiymətləndiririk.
Müsəlman Birliyi Hərəkatı İdarə Heyəti.
12.09.2022.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button