ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Müsəlmanların birliyə ehtiyacı var” – İƏT Baş katibi

 

bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dünya Müsəlman İcmaları Şurasının təşkilatçılığı ilə keçirilən iki günlük konfransda deyib.

Taha qeyd edib ki, İslam dünyası bir çox problemlərlə, o cümlədən dünyada bu dinin pis imicinin aradan qaldırılması ilə üzləşib.

“Bu vəziyyət İslam birliyi anlayışını və dininin həqiqi simasını islah etmək üçün müsəlmanların, İslam ölkələrinin, cəmiyyətlərin və qurumların birliyini tələb edir”, – İƏT rəhbəri deyib.

O, vurğulayıb ki, dünyada müharibələr, etnik və məzhəb qarşıdurmaları artıb: “Bir çox İslam ölkəsində qeyri-sabitliyə səbəb olan müharibə və qarşıdurmalardan müsəlman dünyası da zərər çəkib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button