Aktual

Əgər ağıl susursa… (istixarə)

 Hər şey Avinidən başladı, Şəhid Avinidən. Əslində istixarə haqqında yazmalı idim və bu sözü axtarışa verəndə birinci http://www.aviny.com/quran/estekhareh/index-main.aspx linki gəldi. Təəccüb etdim. Şəhid avininin saytında onlayn-istixarə! Daha çox səhnə, meydanŞ mübarizə adamı olan Avinin saytında belə bir səhifəyə yer vermək münasib idimi? Anladım ki, yenə səhv etmişəm. Avini yox, öz haqqımda. Yenə müəyyən mövzuya öz pəncərəmdən boylanıb hökm çıxarmışam. Məgər istixarə oyun-oyuncadır? Bəs iki yol ayrıcında ağıl susanda hansı addımı atmalısan? Məgər İslam öz ardıcılını dalanda saxlayırmı? Yox! Bəli, iki yol ayrıcında qalanda və ağıl seçim apara bilməyəndə İslam yenə əldən yapışır, istixarə vasitəsilə yol göstərir.

Nədir istixarə? İstixarə odur ki, insan yol ayrıcında qalanda sadəcə təsbeh və ya Quran vasitəsilə Allahdan məsləhət istəyir. Bu elə bir məsləhətdir ki, “mən istixarəni qəbul etmirəm deyən” insan yalnız öz məsuliyyətsizliyini ortaya qoyur. Bu məsələnin ciddiliyini elə Şəhid Avininin saytında onlayn-istixarə səhifəsinin olması da bir xəbərdarlıqdır.

Şəhid Avini və onun yaradıcılığı haqqında onun adına açılmış www.aviny.com saytından daha ətraflı məlumat ala bilərsiniz. Şəhid Seyid Mürtəza Avini 1949-cu ildə Rey şəhərində dünyaya göz açıb. Zəncan, Kirman, Tehran şəhərlərində təhsil alıb. Tehran Universitetinin memarlıq fakültəsini bitirib. Uşaq vaxtlarından şeir, rəsm, məqaləyə maraq göstərib. Amma İran İslam İnqilabından sonra memarlıq fəaliyyətini dayandıraraq rejissorluğa başlayıb. Ön cəbhəni tərk etməyib. 1992-ci ildə Böyük Rəhbərlik Məqamının göstərişi ilə Fəth Rəvayəti Mədəniyyət İnstitutu yaradılır. Məqsəd 8 illik müqəddəs müharibə tarixini sənədli olaraq lentə almaq olur. Şəhid Avini və çəkiliş qrupu cəbhə bölgəsinə yola düşür. Bu bölgələrdə Avini müharibə gedişində çox həmkarlarını itirmişdi. Özünə də şəhadət nəsib oldu, amma 1994-cü ildə. Onu “Qələm əhli şəhidlərinin seyidi” adlandırırlar.

Bir qədər internetdə istixarə haqqqında.
Bu gün internet fəzası demək olar ki bütün sahələri əhatə edir. Təkcə Google-də “استخاره اینترنتی” ifadəsini axtarışa versək 185 min ünvan gələr.
Mühüm sual budur ki, kompyuter, internet vasitəsilə istixarə düzgündürmü? Ayətullah Xameneinin cavabı budur ki, “nəzərdə tutulmuş qaydada eybi yoxdur”. Ayətullah Məkarim Şirazi buyurur ki, əgər əvvəlcədən bilmədən bir Quran səhifəsini açmaq mümkün olsa, eybi yoxdur. Ayətullah Məkarim bunu da vurğulayır ki, istixarə edən kompyuter özüdürsə buna etibar yoxdur. Yəni istixarənin nəticəsi İslam mətnlərinə əsaslanmır, kompyuter proqramının ixtiyarına verilib. Əlbəttə ki, internetdə istixarəni münasib saymayan, hətta buna irad bildirən alimlər də var. Amma onların iradı istixarəyə yox, interdə istixarəyədir.

“Qələm əhli şəhidlərinin seyidi”nin veb-səhifəsində onlayn-istixarə var. İstixarə etmək istəyirsinizsə aşağıdakı linkə müraciət edin.
http://www.aviny.com/quran/estekhareh/index-main.aspx

İlk şəkildə 3 dəfə İxlas surəsi oxuyub ox işarəsini tıklamaq tapşırılır.

İkinci şəkildə 3 salavat oxuyub ox işarəsini tıklamaq tapşırılır.

Üçüncü şəkildə verilən duanı oxuyub ox işarəsini tıklamaq tapşırılır.

Dördüncü şəkildə niyyət etmək və yuxarıdakı mavi dairə üzərində tıklamaq tapşırlır.

Beşinci şəkildə istixarənin cavabı verilib.

C. Rüstəmxanlı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button