ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatının son həbsləri qınayan bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatının son həbsləri qınayan bəyanat yayıb. Sosial media üzərindən edilən paylaşımda deyilir:
Son həftədə üçüncü MBH üzvünün oğurlanaraq həbs edilməsi qanunsuzluğun aşkar təzahürüdür. Rejim bir daha aşkar şəkildə heç bir qanun tanımadığını göstərərək ölkənin idarəçiliyini öz maraqları çərçivəsində həyata keçirir. Bu ölkədə rüşvətxorluq, talançılıq, məddahlıq kimi xəbis xüsusiyyətlər rəhbər tutulduğu halda xalqın azad səsi, əqidəvi duruşu, mübariz ruhu bu dəyərləri sındırmağa çalışanların əlində əzilməkdədir. Bu qanunsuzluq hələ nə qədər günahsız insanların həbsinə fərman verəcək, bu addımlar nə zaman dinəcək?! Haqq söz dar ağacında, haqq söyləyənlər zindanda, haqq düşünənlər təqibdə. Qanunlar yalnız bir qrupun istəyinə müvafiq işləyir. Pak insanlar məngənələrə salınaraq əzilir. İşgəncələr, yalançı ittihamlarla irəli sürülən maddələr, zorakılıq hər ötən gün daha amansız sima alır. Bir həftə ərzində üç Hərəkat üzvü, Şahin Qədirli, Nicat Əliyev və Samir Babayevin oğurlanması həqiqətən də dəhşətdir. Hakimiyyət bununla bir daha xalqın nifrət hədəfində, öz millətini siyasi oyuna vasitə edən uğursuz siyasətinin tənəzzülünü gerçəkləşdirmiş olur.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq qanunsuz həbslərə son qoyulmasını, bütün günahsızların, o cümlədən Hərəkatın həbs olunan bütün üzvlərinin azadlığını tələb edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button