ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müqavimət iqtisadiyyatına diqqət

Həyat yolu 23

Müqavimət iqtisadiyyatına diqqət

İslam cəmiyyəti bir-birinə bağlı hissələrdən təşkil olunmuşdur. Onlardan biri olmadıqda din peykərində böyük bir boşluq yaranır. Ümmət arasında belə bir deyim vardır ki, İslam dini Peyğəmbərin (ə) əxlaqı, Əlinin (ə) qılıncı və Xədicənin sərvəti ilə yaşadı. Deməli sərvətin, başqa sözlə, iqtisadiyyatın İslamda xüsusi yeri vardır.

Həzrət Zəhra (ə) qısa və eyni zamanda bərəkətli ömrü boyu cəmiyyət və onun fərdlərinə öz iqtisadi yardımlarını əsirgəmədi.

Ayə

«وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الآخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ»

“Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et.”

(“Qəsəs” surəsi, ayə 77)

Hədis

قالَ أمیرَالمُؤمِنینَ)ع): «اِعْمَلْ لِدُنْيَاكَ كَأَنَّكَ تَعِيشُ أَبَداً وَ اعْمَلْ لِـآخِرَتِكَ كَأَنَّكَ تَمُوتُ غَدَاً»

İmam Əli (ə) buyurub: “Dünyan üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan. Axirətin üçün elə çalış ki, sanki səhər öləcəksən.”

(“Müstədrəkül-vəsail”, c. 1, səh. 146)

Ənənə

– Ey Peyğəmbərin övladı! Ananız iqtisadiyyata aid bir iş edirdi?

– Bəli, anamız Zəhra (ə) ev işlərindən əlavə, əl dəyirmanında buğdanı un edir, çörək bişirirdi, özümüzün və yaxınlarımızın çörəyini hazırlayırdı.

– Bəs atan Əmirəlmöminin (ə) hansı işləri edirdi?

– Çöl işlərini; odunları yığmaq və buğdanı gətirmək atamın öhdəsinə idi. Atam bir gün anamdan soruşdu: “Evdə yeməyə bir şey varmı?” Anam dedi: “And olsun sənin haqqını uca tutan Allaha ki, üç gündür evdə yemək üçün bir şey yoxdur.” Atam dedi: “Bəs nə üçün mənə xəbər verməmisən?” Anam belə cavab verdi: “Peyğəmbər (s) səndən bir şey istəməyi mənə qadağan edərək buyurub: – Əmin oğlu özü sənin üçün bir şey gətirməyincə, ondan heç nə istəmə.”

Öz-özlüyümdə düşündüm ki, kaş bütün müsəlman qadınlar səbr və müqaviməti Peyğəmbərin (s) qızından öyrənirdilər.

(“Biharul-ənvar”, c. 43, səh. 31)

Hekayə

– Məryəm, şəhid Fatimə Qəzvinini tanıyırsan?

– Necə, bəyəm?

– İqtisadiyyat üzrə təhsil alırdı. Bir neçə dəfə də cəbhəyə getmişdi. Maraqlıdır ki, öz gəlirinin üçdə bir hissəsini hər ay cəbhəyə göndərirdi. Bu gün onun vəsiyyətnaməsinin bir hissəsini oxudum. Mənim üçün çox təzə idi.

– Deyirəm bəzilərinin necə gözəl əhval-ruhiyyəsi olub! Doğrusu, bu ayın nəşriyyəsində onun həyatından yazaq. Şəhid Fatimə vəsiyyətnaməsinin bir hissəsində yazıb: “İlahi, biz yaxşı bilirik ki, əqd süfrəsinin güzgüsü fikrin pisliklərini göstərə bilməz və gəlinlik libasının ağlığı bizim günahımızı örtə bilməz. Bizi düz yola hidayət edən, Quranın göstərdiyi yolla tanış edən, niyyətimizi paklayan yalnız və yalnız Sənə imanımız və təvəkkül etməyimizdir.”

(“Universitet şahidləri”, səh. 168)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button