AktualAktualArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mühəqqiq Universitetinin professoru: Ərdəbil beynəlxalq turizmdə naməlum bir bölgədir

Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü deyib: “Ərdəbil əyaləti və onun turizm potensialı yerli turistlər üçün məlum, xarici turistlər üçün isə naməlum bir yerdir.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Mühəqqiq Ərdəbili Universitetinin elmi işçisi Vəli Neməti deyib: “2023-cü il turizm tədbiri Ərdəbil əyaləti və onun turizm sənayesi üçün təsirli bir fürsətdir. Bu imkandan əyalətin turizm imkanlarını beynəlxalq ictimaiyyətə tanıtmaq üçün istifadə edilməlidir.”
Ərdəbil əyalətinin turistik yerlərinin beynəlxalq turistləri cəlb edə biləcəyini vurğulayan V. Neməti deyib ki, tibbi turizm də bu imkanlardan biridir, infrastrukturun yaradılması və ixtisasların, xüsusən də Azərbaycan Respublikasının sağlamlıq turistlərinə təqdim edilməsi ilə bu sahədə daha fəal olmaq lazımdır.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə mədəni əlaqələr, xüsusən də mədəni və dini sahədə beynəlxalq turistlərin Ərdəbilə cəlb edilməsində təsirli ola bilər.
Neməti qeyd edib ki, Şeyx Səfiyəddin Ərdəbilinin məqbərəsi beynəlxalq turistləri, xüsusən də Türkiyənin ələvi turistlərini cəlb etmək potensialına malikdir. Siyasətçilər və dövlət adamları turizm sənayesinə münasibətini dəyişməlidir və bu sənayedən qorxmamalıdırlar.
Köçəri turizminin əyalətin, xüsusən də beynəlxalq turistlər üçün digər turistik cazibələrindən biri olduğunu bildirən V. Neməti deyib: “Birinci növbədə əyalətin köçərilər turizmi tanıdılmalı, ikinci növbədə hökumət, köçərilər və turistlər arasında əlaqə yaradılmalıdır.”
O, köçəri turizminin əyalətdəki köçərilərin iqtisadiyyatını dəyişə biləcəyində toxunaraq deyib ki, köçərilərin iqtisadiyyatı birölçülü olduğu üçün kövrəkdir, hansı ki, köçərilər turizminin inkişaf etməsi ilə onların dayanıqlığını gücləndirmək və möhkəmləndirmək olar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button