ArxivXəbər lentiXəbərlər

Bakı sammitindən sonra üç ölkənin əlaqələrində dönüş yaranacaq

Azərbaycan Ədalət partiyasının sədr müavini deyib: İran, Rusiya və Azərbaycan prezidentlərinin Bakıdakı sammiti üç ölkə arasındakı əlaqələrin diqqəti cəlb edəcək möhkəmlənməsi ilə nəticələnəcək.

Bakıda Səhərin müxbirinə müsahibə verən Mütəllim Rəhimli İran İslam Respublikası və Rusiya Federasiyasının regionun təhlükəsizliyindəki təsirli roluna toxunaraq əlavə edib: Bu üç ölkənin üçtərəfli əməkdaşlığı regionun stabillik və təhlükəsizliyinə müsbət təsirdən əlavə, hər üç ölkənin iqtisadi mənafeyinin təmin olunmasına kömək edəcək.

Azərbaycan Ədalət partiyasının sədr müavini deyib: Bakı sammiti üç ölkə arasında iqtisadi əlaqələrə diqqəti cəlb edəcək təsirlərdən əlavə, Qarabağ münaqişəsinin həlllində də təsirli olacaqdır.

Türkiyənin qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmaq üzrə səylərinə toxunan Rəhimlinin sözlərinə görə, görünür Türkiyə yaxın gələcəkdə bu üçtərəfli iclasa qoşulacaq ki, bu məsələ bu koalisiyanın regiondakı təsirini artıracaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button