ArxivFilm​IslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müctəhid Məhəmməd Səid əl-Həkim İmam Əlinin məqbərəsində dəfn edilib (VİDEO)

Mərhum müctəhid Ayətullah Məhəmməd Səid əl-Həkim Nəcəf-Əşrəf şəhərində İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.

qafqaz.ir İraq mətbuatına istinadla xəbər verir ki, təqlid mərcəsi mərhum müctəhid Ayətullah Səid əl-Həkimin nəşi şənbə günü Kərbəlaya aparılıb və orada dəfn mərasimi keçirilib. Ötən gün isə müctəhidin nəşi Nəcəf-Əşrəf şəhərinə gətirlib və orada İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.

Mərhum müctəhid kompleksin ərazisində yerləşən əl-Hindi məscidində Həkim sülaləsinin alimlərinin yanında dəfn edilib.

Qeyd edək ki, Azərbaycanda da müqəllidləri olan Ayətullah əl-Həkim ötən həftənin cümə günü 87 yaşında ürək tutmasından vəfat etmişdi.

https://youtu.be/stj2SRz55sE

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button