Xəbərlər

İran və Azərbaycan Respublikası sərhəd gömrüklərində əlavə sadələşdirmələr yaradılır

İran və Azərbaycan Respublikasının Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrüklərində əlavə sadələşdirmələr artacaq.

İRİB-in məlumatına görə, İran İslam Respublikası Ostanların Gömrük Məsələləri üzrə baş rəisinin müşaviri və baş direktoru Məhəmməd Hüseyn Bağinayət bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevlə Bakıda görüşdə əməkdaşlıqların genişləndirilməsi və gömrük problemlərinin həllini vurğulayıb və iki tərəf Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrüklərində əlavə sadələşdirmələrin yaradılmasını araşdırıblar.
İki tərəf həmçinin İran və Azərbaycan Respublikası gömrüklərinin rəisləri və gömrük baş müdirlərinin Astara, Biləsuvar, Culfa və Poldəşt sərhədlərində davamlı görüşlərinin zəruriliyini vurğulayıblar.
İran İslam Respublikası Ostanların Gömrük Məsələləri üzrə baş rəisinin müşaviri və baş direktoru və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəisi bu görüşdə beynəlxalq və regional dairələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi barəsində danışıqlar aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button