ArxivXəbər lentiXəbərlər

Akif Çovdarovun Göyçayda nar bağları “tapıldı”

Sabiq MTN generalı Rusiya bazarına nar ixrac edirmiş

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı moderator-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarovun Göyçayda böyük nar təsərrüfatı mövcud olub ki, həmin təsərrüfatdan əldə edilən məhsul bilavasitə Rusiya bazarına ixrac edilib.
Sabiq generalın rayonun Bığır kəndində yerləşən nəhəng nar təsərrüfatının qurulmasına xeyli miqdarda vəsait sərf etdiyinə diqqət çəkən mənbə, A.Çovdarovun Rusiya bazarlarında da “təmizlik işləri” apardığını bildirib. Belə ki, MTN generalı Rusiya bazarına çıxartdığı narın rəqabətsiz ortamda satışını təmin etmək üçün nar biznesi ilə məşğul olan digər soydaşlarımızı şantaj yolu ilə özünün təmsil olunduğu bazarlardan çıxardıb.
Mənbənin sözlərinə görə, A.Çovdarovla eyni bazarda təmsil olunan bəzi nar alverçiləri MTN zirzəmisinə dəvət edilərək onalrla “profilaktiki iş” aparılıb. Məhz bu kimi addımlardan sonra kimsə A.Çovdarovla eyni bazarda nar satmağa maraq göstərməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button