ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müəzzəm Rəhbər İraq prezidenti ilə görüşdə: İkitərəfli əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin xeyrinədir

İslam İnqilabının Müəzzəm Rəhbəri İraqın tərəqqisi, firavanlığı, müstəqilliyi və yüksəlişinin İran İslam Respublikası üçün çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq buyurub: “İkitərəfli əməkdaşlığın genişləndirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi hər iki ölkənin xeyrinədir.

 İslam İnqilabının Müəzzəm Rəhbəri Ayətullah Xamenei şənbə günü İraq prezidenti Əbdül Lətif Rəşid və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran-İraq əməkdaşlığının genişləndirilməsini, əldə edilmiş razılaşmaların, xüsusilə son təhlükəsizlik və iqtisadi razılaşmaların ciddi şəkildə davam etdirilməsini zəruri hesab edərək buyurub: İran və İraq arasında əlaqələrin genişlənməsi və onun dərinləşməsini istəməyən olduqca güclü düşmənləri var və əgər iki ölkə arasında sıx tarixi və dini bağlar olmasaydı, münasibətlərin vəziyyəti Səddam dövründəki şəraitə qayıda bilərdi”

Həzrət Ayətullahul Uzma Xamenei iki ölkə arasında səkkiz illik müharibəyə baxmayaraq Ərbəin və digər bu kimi müqəddəs günlərində iranlı zəvvarları qarşılamaqda İraq xalqının xüsusi qonaqpərvərliyinə toxunaraq buyurub: “bu kimi mühüm hadisələrin əsas mahiyyəti ondan ibarətdir ki, iki ölkə arasında vəhdət yaradan amillər mövcuddur və heç bir xarici siyasi amillər onlara təsir edə bilməz, ona görə də bu fürsətdən istifadə edərək münasibətləri daha da dərinləşdirmək və onun davamı üçün ciddi yanaşılmalı və ayıq-sayıqlığı qorunulmalıdır.

O, İraq dövləti və hakimiyyətinin hazırkı durumundan məmnunluğunu ifadə edərək, bunu İraq xalqı və müxtəlif birliklərin səyi nəticəsi hesab edərək bildirib ki: “İraqın görkəmli şəxsiyyətləri və təfəkkür sahibləri, ölduqca həvəskar və fəal gəncləri var və belə bir milli sərvətdən istifadə olunmalı yanamış olan bu birliyin əsasları qorunmalıdır

“İslam İnqilabının Müəzzəm Rəhbəri amerikalıların İraqın heç də dostu olmadığını nəzərə çatdıraraq buyurub: “Amerikalılar heç kimə dost deyillər və hətta avropalı dostlarına belə sadiqlik göstərmirlər”

Həzrət Ayətullahul Uzma Xamenei daha sonra buyurub: Hətta bir amerikalının da İraqda olması artıqlıqdı”İraq prezidenti də İslam İnqilabının Müzzəm Rəhbəri ilə görüşdən böyük məmnunluq duyduğunu bildirərək deyib: ” Bağdad-Tehran əlaqələri müxtəlif müstəvi və aspektlərdə olduqca davamlı və güclüdür”

Əbdül Lətif Rəşid İran rəsmiləri ilə görüş və söhbətlərinə də toxunaraq bildirib ki: “İraq hökumətinin maraq dairəsi İranla əlaqələrin dərinləşdirilməsi və iki ölkə arasında həlli qalan bəzi məsələlərin həyata keçirilməsidir”İraq Respublikasının prezidenti də İran hökuməti və xalqının müxtəlif həssas zamanlarda, xüsusilə də terrorizmlə mübarizə zamanı göstərdiyi yardım və dəstəyi yüksək qiymətləndirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button