AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müəzzəm Rəhbər: Müqavimət cəbhəsi irəliləyir, HƏMAS sağdır və yaşayacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei müsəlman xalqlarına və regionun qeyrətli gənclərinə müraciətində qəhrəman mücahid, komandir Yəhya əl-Sinvarı ehtiramla yad edib və vurğulayıblar: “Müqavimət cəbhəsi onun görkəmli simalarının şəhadətindən sonra irəliləməkdə dayanmadığı kimi Allahın izni ilə Sinvərın şəhadəti ilə də dayanmayacaq. HƏMAS sağdır və yaşayacaqdır”.

Müəzzəm Rəhbərin müraciətinin mətni belədir:

Rəhmən və rəhim Allahın adı ilə

Müsəlman xalqları! Regionun qeyrətli gəncləri!

Qəhrəman mücahid, komandir Yəhya Əl-Sinvar da şəhid yoldaşlarına qoşuldu.

O, müqavimətin və mübarizənin parlaq siması idi; O, qəddar və təcavüzkar düşmənə qarşı polad iradəsi ilə dayandı; Müdrik olaraq cəsarətlə ona sillə vurdu; O, bu regionun tarixində vurulan düzəlməz 7 oktyabr zərbəsini özündən yadigar qoydu; Sonra isə şərəf və qürurla şəhidlərin meracına uçdu.

Ömrünü qəsbkar və zalım düşmənə qarşı mübarizədə keçirmiş onun kimi insanın şəhadətdən başqa sonu yoxdur. Onun itkisi, əlbəttə ki, müqavimət cəbhəsi üçün ağrılıdır, lakin bu cəbhə necə ki, Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rentisi və İsmayıl Həniyyə kimi görkəmli şəxsiyyətlərin şəhadəti ilə irəliləməkdə dayanmadı, Allahın izni ilə Sivarın şəhadətilə də dayanmayacaq. HƏMAS sağdır və yaşayacaq.

Biz həmişə olduğu kimi, ixlaslı mücahidlərin və döyüşçülərin yanında olacağıq; بتوفیق من الله و عونه

Mən qardaşımız Yəhya Əl-Sinvarın şəhadəti münasibəti ilə ailəsini, silahdaşlarını və Allah yolunda olan bütün cihad aşiqlərini təbrik edir, itkisinə görə başsağlığı verirəm.

والسّلام علی عباد الله الصّالحین

Seyid Əli Xamenei; 7/28/1403

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button