ArxivFilm​mədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası XİN: RSK-nin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatını kəskin tənqid edib onun anlaşılmazlıq və məyusluq doğurduğunu bildirib.
Bəyanatda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatının iki ölkə  arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə eləcə də Rusiya Prezidentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil etdiyi deyilir.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”,- Bəyanatda vurğulanır.
Azərbaycan XİN əlavə olaraq bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Bəyanatda Rusiya tərəfinin Qarabağdakı sülhməramlıların qanunsuz fəaliyyətlərinə dair rəsmi Bakının xəbərdarlıqlarına etinasızlığı da diqqətə çatdırılıb: “Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”,- Azərbaycan XİN-in bəyanatında deyilir.
Bəyanatda o da bildirilir ki, Azərbaycan həmin qanunsuzluqlara görə  Laçın sərhəd buraxılış məntəqəsi təsis edib:
“Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir”-Bəyanatda deyilir.
Azərbaycan XİN-in bəyanatında Rusiya tərəfi erməni hərbçilərinin Qarabağdan çıxarılması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməməkdə eləcə də həmin silahlı qüvvələrə dəstək verməkdə ittiham olunur:
“Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir”,- bəyanatda deyilir.
Qeyd edək ki, Rusiya XİN-in dünənki bəyanatında qeyd olunub ki, Qarabağ ermənilərinin hüquqlarının, təhlükəsizliyinin etibarlı və aydın təminatları sülh müqaviləsinin tərkib hissəsinə çevrilməlidir.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin “Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsindən”, “humanitar böhranın dərinləşməsindən” narahatlığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button