ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Mossad” rəhbəri İranın nüvə məsələsini müzakirə etmək məqsədilə ABŞ-a gedi

 İsrailin kəşfiyyatı “Mossad”ın direktoru David Barnea İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı riskləri müzakirə etmək üçün bu gün ABŞ-a səfər edəcək. TASS-ın verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Yair Lapid yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında məlumat verib.

“Ötən çərşənbə günü ABŞ prezidenti Co Baydenlə söhbətimdən sonra “Mossad”ın direktoru İran razılaşmasının yaratdığı təhlükələrlə bağlı mövqeyimizi ABŞ administrasiyasının diqqətinə çatdırmaq üçün Vaşinqtona bir sıra görüşlər keçirməyə yola düşəcək”, deyə Lapid bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı İsrail tərəfindən irəli sürülən məqamlar Amerika administrasiyası tərəfindən nəzərə alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button