ArxivXəbər lentiXəbərlər

Moskvada “Din terrorizmə qarşı” mövzusunda konfrans keçirilib

Ölkəmiz sülhün və həmrəyliyin təbliğinə yönəlmiş səyləri davam etdirir

SSRİ-nin süqutundan dərhal sonra Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda dinc əhaliyə qarşı terror aktları ilə üzləşdi. Bu səbəbdən ölkəmiz digər böyük dövlətlərdən daha əvvəl terrorizmlə mübarizə sahəsində davamlı və qəti addımlar atmalı oldu.

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, bu firkirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) Rusiya və Qazxıstan prezidentlərinin təşəbbüsü ilə keçirilən “Din terrorizmə qarşı” İkinci Beynəlxalq Elmi-Praktik Konfransında bildirib.

Tədbirdə 60-a yaxın ölkənin din xadimləri, ictimai birliklərin və siyasi təşkilatların nümayəndələri iştirak edib. Təşkilatçıların sözlərinə görə, konfrandan məqsəd konfessiyalar arasında dialoqun möhkəmləndirilməsi, qlobal terrorizm təhlükəsi ilə mübarizə məsələlərinin müzakirəsidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə xüsusi vurğulyıb ki, terrorizm, radikalizm, ekstremizm kimi təzahürlərlə mübarizə sahəsində əməkdaşlıq, qaşılılıqlı fəliyyət və səy birliyi olmadan təhlükəsizliyi təmin etmək çox çətindir. Azərbaycan dövlətinin başçısı torrorçuların pis və ya yaxşı terrorçulara bölünməsidüzgün düzgün olmadığını qeyd edərək, terrorizmlə mübarizənin qlobal xarakter daşımasının vacibliyini qeyd edib.

Səfir çıxışında diqqətə çatdırıb ki, Azərbaycan daim terrorizmlə mübarizəyə qlobal yanaşmanın tərəfdarı olub, bu sahədə bir sıra mühüm beynəlxlaq sənədlərə imza atıb. Azərbaycanın BMT-nin müvafiq qətnamə və qəraralarını həmişə rəhbər tutduğunu, beynəlxalq mandatları qeyd-şərtsiz yerinə yetirdiyini bildiriən P.Bülbüloğlu Azərbaycanda 90-cı illərin əvvəllərində törədilən terror aktlarını, o cümlədən 1994-cü ilin martında Bakı metrosunda baş vermiş partlayışları xatırladaraq deyib ki, bu terror aktları nəticəsində 100-dən çox insan həlak olub, xeyli sayda vətəndaş xəsərat almışdı. O deyib: “Bütün bu hadisələr, Azərbaycanın üzləşdiyi bu amansız təcrübə ölkəmiz üçün terrorizmlə mübarizəni zəruri etdi”.

Diplomat terrorizmin getdikcə daha çox din pərdəsi arxasında gizləndiyi bir dövrdə gəncləri öz sıralarına cəlb etməyə çalışan beynəlxalq terror qruplaşmaları ilə mübarizənin vacibliyini xüsusi vurğulayıb. Azərbaycan səfiri bildirib ki, müasir dövrdə özlərini din uğrunda “mübarizlər” adlandıranlar insanların, həmçinin müsəlmanların qətli və bəşəriyyətin mədəni irsinin məhvinə səbəb olan cinayətlər törədirlər. Bu isə öz növbəsində ksenofobiya və dözümsüzlük əhval- ruhiyyəsi yaradır, Avropa dövlətlərində və bir çox digər ölkələrdə multikulturalizmin iflasından danışmağa başlayırlar. P.Bülbüloğlu deyib: “Azərbaycan bu cür yanaşma ilə razılaşmır. Ölkəmiz sülhün və həmrəyliyin təbliğinə yönəlmiş səyləri davam etdirir”. Polad Bülbüloğlu Azərbaycanda 2016-cı ilin Multikulturalizm İli elan olunduğunu xatırladaraq əlavə edib ki, ölkəmizin dözümlülüyün və tolerantlığın təbliği sahəsində qətiyyətli mövqeyi beynəlxalq sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayır.

Səfir 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə terrorizm ilə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyədə iclasın keçirilməsini və Azərbaycanın təşəbbüsü ilə terrorizmlə mübarizəyə həsr olunmuş mövzularda əhəmiyyətli müzakirələrin aparıldığını konfrans iştirakçlarının diqqətinə çatırıb.

Təbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadzadə şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciətini oxuyub.

RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Rusiya Prezidenti Vladimir Putinin konfransda iştirakçılarına müraciətini oxuyub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button