AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mirtacəddini: Sionistlərin cavabını böyük müqavimət cəbhəsində verəcəyik

İnqilabçı Qüvvələr fraksiyasının sədr müavini deyib: “İslami İran indiyə qədər Azərbaycanın müsəlman xalqının xatirinə yumşaq davranmışdır, ancaq bundan sonra sionistlərin səhv hərəkətlərinə icazə verməyəcəyik.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi Seyid Məhəmmədrza Mirtacəddini 12 oktyabrda Məclisin açıq iclasında deyib: “Hər şeydən əvvəl, ölkəmizin Qafqaz bölgəsi ilə sərhədlərindəki son məsələlərlə əlaqədar deməliyəm ki, biz bu sərhədləri Qafqaz xalqları ilə böyük İran xalqı arasında sülh və dostluq sərhədləri hesab edirik, xüsusilə də iki müsəlman-şiə ölkəsi olaraq İslami İran və Azərbaycan Respublikasının sərhədləri qardaşlıq sərhədləridir. Hamımız İslam düşmənlərinin bu sərhədlərdəki təxribatçı siyasətlərindən ehtiyatlı olmalıyıq.”

Mirtacəddini əlavə edib: “Sionistlər illərdir ki, Azərbaycan Respublikasına nüfuz edərək İran əleyhinə təxribat aparırlar və İslami İran indiyə kimi Azərbaycanın müsəlman xalqının xatirinə yumşaq davranmışdır, ancaq bundan sonra sionistlərin səhv hərəkətlərinə icazə verməyəcəyik. Sionistlər iki qonşunun münasibətlərini pozmağa davam edirlər.”

İnqilabçı Qüvvələr fraksiyasının sədr müavini İranda keçirilən son manevrlərin sionistlərə xəbərdarlıq olduğunu vurğulayaraq deyib ki, sionistlər fitnəkarlıqlarından əl çəkməlidirlər və sionistlərin cavabı böyük müqavimət cəbhəsində verəcəyik. Bugün müqavimət cəbhəsi boyu İslami İranın müasir və güclü dronları sionistlərin gözündən yuxunu qaçırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button