ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrail: Ukraynaya silah satmamışıq və satmayacağıq

bu barədə İsrail müdafiə naziri Beni Hanz bildirib.

Dəqiqləşdirmək istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik. Bu, aydın olmalıdır: biz Ukraynaya silah satmamışıq“, – deyə o qeyd edib.

Hanz bir neçə dəfə vurğulayıb ki, Ukrayna İsraildən heç bir silah əldə etməyib və o, İsrailin diaspora işlər üzrə naziri Nahman Şayın sözlərini də şərh edib.

Əgər Nahman Şay iddia edirsə ki, biz (Ukraynaya silah) satmışıq və ya satacağıq, o, səhvə yol verir. Mən müdafiə naziriyəm və İsraildən silah ixracına cavabdehəm“, – deyə o qeyd edib.

Xatırladaq ki, Şay bu cür tədarüklərin başlamasının lehinə çıxış edib. O deyib ki, İsrail Ukraynaya ABŞ və digər NATO ölkələri kimi hərbi yardım etməlidir.

Bundan bir gün sonra isə, Rusiya Təhlükəsizlik Şurasından İsrailə bununla bağlı xəbərdarlıq edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button