ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Xarici işlər nazirinin müavini Qətərə işgüzar səfər edib

Xarici İşlər Nazirliyindən .Fariz Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak edib və təbdirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.

Qətərə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub.

F.Rzayev, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha filialini ziyarət edib, Universitetin beynəlxalq və regional araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşüb. Görüşdə, Georgetown Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button