ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb.
“Qafqaz.ir” xəbər verir, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: “Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər”.
V. Kərimov vurğulayıb ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: “Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button