ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Milli Şuranın sədri, professor Cəmil Həsənli “Dağıdıcı Azərbaycan idarəçiliyi”

Türkiyədə 20 mindən artıq azərbaycanlı tələbə oxuyur, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır, İrana gediş-gəliş dayanıb, Gürcüstanda soydaşlarımız yaşayır. Azərbaycan idarəçiliyi şirkəti olan AZAL-a bilət almaq hər kəsin cibinə görə deyil. Qiymətlər od tutub yanır, tüstüsü təyyarə benzininin alovundan da bərk ərşü-əlayə qalxır. Moskvadan Bakıya bilet 1200-1400 dollar arasıdır, bir saatlıq uçuş məsafəsi olan Tbilisiyə adamlar 600-700 manat pul ödəməlidirlər. Qiymət bahalaşdıqca AZAL-ın borcu da artır. Dünyada ən baha bilət satan şirkət zərərlə işləyir.

Formulaya gələnə qapı açıb onu vətəndaşın üzünə bağlamaq diskriminasiyadir. Ölkə vətəndaşı Şimal sərhəd qapılarına gəlib aylarla çadırlarda sərgərdan həyatı yaşayırlar. Hakimiyyət öz vətəndaşlarını ölkəyə buraxmır. Borçalıda elə bir ailə yoxdur ki, Bakıda, Gəncədə kimsəsi yaşamasın. İllərdir övlad valideyni, valideyn övladların görə bilmir. Hətta, bədnam Berlin divarları mövcud olanda ailələrin gediş-gəlişinə qadağa qoyulmamışdı.

Hökumət quru yollarının bağlanmasının, keçid məntəqələrinin qapısına qıfıl vurulmasının izahını verməlidir. Bu, milyonlarla insanın hərəkət azadlığın qadağan etməkdir, bəli məhdudlaşdırmaq yox, qadağan etməkdir. Yoxsul, imkansız, işsiz, ehtiyac içində olan ailələrin bir tikə çörək qazanmaq imkanı əldə etdiyi sərhədyanı ticarətin qapadılması deməkdir. Özləri kamyonlara gətirə bilərlər, amma vətəndaş balasına 2-3 kq ərzaq gətirə bilməz. Bu, Azərbaycan idarəçiliyi monopolist soyğunçuluq ticarətinin çiçəklənməsi deməkdir. Görünən odur quru sərhədlərinin dəmir qapı Dərbənddən tutmuş yarımqövs formada Astara çayına qədər qapalı saxlamaq salqınlıq deyil.

Bu ölkədə ən dağıdıcı salqın Azərbaycan idarəçiliyi, feodal maraqlarına görə ölkəni qapalı kampa çevirmək istəyidir, qapalı cəmiyyət yaratmaq proektinin millətin başında çatlayan təzahürüdür.

azadliq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button