AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan respublikasının informasiya vasitələri ayətüllah Amilinin sözlərini təhrif edir.

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Ərdəbil imamcüməsi ayətüllah Amili həzrətləri neçə gün bundan əvvəl Türkiyə seçkilərinə işarə edərək demişdi: bu hadisə regiona xüsusi təsir baraxacaqdır. O, öz dediklərini əsaslandırmaq üçün demişdi: Türkiyə ortaşərq rəhbərliyini ələ keçirmək istəyirdi amma doğru yolla getmədi. Onlar dini, insanların canını, terrorçuluğu və şiə-sünni ixtilafını alətə çevirdilər və İranın din tolerantlığı simasına ziyan vurdular. Seçkinin mühüm bərəkətlərindən biri yanılmış bir məxsus islamın məğlubiyyəti oldu. O, Türkiyə dövlətinin Osmanlı imperiyasından açıqcq danışdığına və qərblilərin heç bir irad tutmamasına işarə edərək demişdi: Bəs nəcür olur ki, onlar davamlı olaraq İranı Fars imperiyasını bərpa etməkdə ittiham edirlər, hal bu ki, islami İranda belə davranış əsla gözə dəymir? Ayətüllah Amilinin bu bəyanatı Azərbaycan respublikasının informasiya vasitələrində geniş inikasını tapmışdı. Bəzi xəbər saytları həmin xəbəri təhrif edərək bildirmişdilər: Ayətüllah Amili Ərdoğanın məğlubiyyətini islamın məğlubiyyəti kimi qələmə verir! Bu saytlar çox dəqiq bir təhrifə əl vurmaqla Amili həzrətlərinin Məxsus islam sözünü islam sözü ilə əvəz etmiş və ayətüllahın guya islam məğlubiyyətindən danışdığını iddia etmişdilər. Məlumdur ki, onun məqsədi bu deyildir və saytlar qərəzli bir təhrifə əl vurmuşdular. Qafqaz mədəniyyət mərkəzi axar.az portalının bu xüsusdakı xəbərini fars dilinə tərcümə etmişdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button