İraq və Suriyadan Azərbaycana gətirilənlərin ümumi sayı 81 nəfərdir.
2021-ci il noyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi Suriya düşərgəsində saxlanılan 12 Azərbaycan vətəndaşını ölkəyə qaytarıb.
Həmçinin bu il noyabrın sonunda Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəyə qaytarılıb.
Azərbaycana gətirilən bu qadın və uşaqlar, vaxtı ilə Səudiyyə Ərəbistanının təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycan Respublikasında vəhabiləşənlərin ailələri hesab olunub. Onlar Suriya və İraqda təkfirçi İŞİD terrorçuları fəallaşan kimi bu vəhabi terror qruplaşmasının sıralarına daxil oldular.