AktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Millət vəkili Azərbaycan Respublikası prezidentinə xəbərdarlıq etdi

Şazənd əhalisinin İslami Şura Məclisindəki təmsilçisi: “Azərbaycan Respublikası prezidenti İranla bağlı xam illüziyalarından əl çəkməli, qərbin dəstəyinə ümid bağlamamalıdır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Mahmud Əhmədi Beqaş İslami Şura Məclisinin səhər növbəsinin açıq iclasında şifahi xəbərdarlıq edərək deyib: “Mənim xəbərdarlığım Azərbaycan prezidentinin müdaxilə xarakterli bəyanatları, bu ölkənin deputatlarının və illüziyaya qapılmış bir sıra KİV-lərinin sifarişlə həyata keçirilən həyasızlığının davam etməsi və İranın milli kimliyinə hücumu ilə bağlıdır.”
Millət vəkili əlavə edib: “Təəssüflər olsun ki, Xarici İşlər Nazirliyinin və İranın Bakıdakı səriştəsiz səfirinin bezdirici süstlüyü, hökumətin Bakı rəsmiləri və mediasının dil uzatması qarşısında ifrat susqunluğu nəticəsində bu dəyərsizlər bir müddətdir ki, ayaqlarını yorğanlarından artıq uzadıblar, separatçı məsələlərdə iştirak etməklə yanaşı, başlarında illüziyalar yetişdirirlər.”
Mahmud Əhmədi Beqaş vurğulayıb: “Mən Azərbaycan prezidentinə xəbərdarlıq edirəm ki, yanlış təsəvvürlərdən və xam illüziyalardan qırağa çıxsın, fürsət axtaran qərb müttəfiqlərinin və qəsbkar sionist rejimin xəyali dəstəyi ilə özünü ruhlandırmasın.
Hamısını əbədi varlığımızın bir parçası hesab etdiyimiz səbirli və sevimli Azərbaycan xalqına sevgimizi bildirməklə yanaşı, bu ölkənin bəzi məmurlarına, xüsusən də İlham Əliyevə xəbərdarlıq edirəm ki, diktə edilmiş iyrənc oyunları dayandırsın, məzlum xalqına dəyər versin və bilsin ki, bütün azərilər zülmə məruz qalmış soydaşlarının İranın qucağına qayıtmasını istəyir.”
Millət vəkili bu qrup Azərbaycan Respublikası rəsmilərinə səslənərək deyib: “Osmanlı imperiyası və böyük Anadolu arzusunu gora aparacaqsız. Sizin səhv əməllərinizi davam etdirməniz coğrafi xəritənin dərinləşməsi cərəyanında və ilhaqında bizi əvvəlkindən daha qətiyyətli edəcək.”
Mənbə: Mehr

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button