AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Meşkinşəhrli millət vəkili: Bəzi ünsürlər İranla Azərbaycan arasında münasibətlərin güclənməsini istəmir

Meşkinşəhrin İslami Şura Məclisindəki təmsilçisi deyib: “Təəssüf ki, İranla Azərbaycan arasında münasibətlərin güclənməsini istəməyən ünsürlər vardır. Halbuki, İranın siyasəti qonşuluq üzərində qurulub.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Meşkinşəhr əhalisinin İslami Şura Məclisindəki təmsilçisi Mahmud Abbaszadə Meşkini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı bu ölkənin Tehrandakı səfirliyində keçirilən mərasimdəki çıxışı zamanı deyib: “Heydər Əliyev tarixə təsir edən şəxsiyyətlərdən olmuşdur. Hesab edirik ki, şəxsiyyətinə görə o, Brejnevdən sonra Sovet İttifaqına rəhbərlik edə bilərdi, amma imkan vermədilər. Bunun səbəblərindən biri də Heydər Əliyevin müsəlman olması idi.”
Millət vəkili vurğulayıb: “Sovet İttifaqı dağılandan sonra Azərbaycan xalqının dəvəti ilə bu ölkəyə gəldi və xalqın istəyi ilə prezident oldu.
Heydər Əliyev İranla Azərbaycan arasında münasibətlərə böyük təsir göstərən şəxsiyyətlərdən biri idi. Onun sözləri həmişə anlaşılmazlıqları aradan qaldırmaq məqsədi daşıyırdı.”
İran İslam Respublikasının rəhbərlərinin, o cümlədən İmam və Rəhbərin və digər rəsmilərin mövqelərinin qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində olduğunu qeyd edən Meşkini bildirib ki, İranın Qarabağ məsələsində müsbət və təsirli mövqeyi olmuşdur.
O əlavə edib: “Fakt budur ki, İran üçün heç bir bölgə Azərbaycan kimi ola bilməz. Çünki iki ölkə arasında din, dil və inanclardan tutmuş, bu iki ölkəni bir-birindən ayrılmaz edən bəzi ortaq cəhətlər var. Amma siyasətdə çoxları İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəmir. Avropalılar və sionist rejim kimi, baxmayaraq ki, biz düşməndən dostluq gözləmirik.”
Millət vəkili daha sonra deyib: “Təəssüf ki, hər iki ölkədə İranla Azərbaycan arasında münasibətlərin güclənməsini istəməyən ünsürlər var. Parlamentin Təhlükəsizlik Komitəsində xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini cənab Baqiri ilə görüşdə mən bu məsələni qaldırdım ki, biz bu mühüm məsələyə diqqət yetirməliyik. Cənab Baqiri də bunu təsdiq etdi.”
Onun sözlərinə görə, İran İslam Respublikasının strategiyası və siyasəti qonşuları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə yönəlib. Bu məsələ Azərbaycanla bağlı bu əməkdaşlığın artırılmasını tələb edir. Əgər iki ölkə arasında münasibətləri zəiflətmək istəyirlərsə, bu, iki xalqa xidmət deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button