ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH üzvü Şahin Qədirli ev dustaqlığına buraxılıb

Bu gün Səbail rayon məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirli barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və cinayətində sübutların yetərli olmaması ilə bağlı məhkəmə iclası keçirib. Hakim Günel Səmədovanın sədrliyi ilə keçən iclasda vəkil Zibeydə Sadıqovanın müdafiə tərəf olaraq Qədirli ilə bağlı maddədə əksini tapan cinayət sübutlarının olmaması əsas gətirilib. Hakim vəkilin iddialarını doğrulayaraq cinayəti 234.3.4-cü maddə ilə deyil, 234.1- ilə tövsif edərək maddəni dəyişdirib. Eyni halda hakim Şahin Qədirlinin ev dustaqlığına buraxılması vəsadətini də təmin ediib. Bu dəqiqələrdə Qədirli ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirli noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button