ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ursula fon der Leyen: Aİ Rusiya qazının tamamilə kəsilməsinə hazır olmalıdır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Rusiyadan qaz nəqlinin azalması fonunda Avropa mavi yanacaq nəqlinin tamamilə dayandırılmasına hazır olmalıdır. Bu barədə “TASS” “DPA”ya istinadən məlumat yayıb. O xatırladıb ki, Rusiya Aİ-nin 12 üzv ölkəsini yalnız qismən qazla təmin edir və ya ümumiyyətlə təmin etmir.

“Ona görə də Avropa ən pis ssenariyə, gec-tez qaz tədarükünün tamamilə dayandırılmasına hazır olmalıdır” deyə Ursula fon der Leyen qeyd edib.   Bundan əvvəl Avropa Komissiyası Avropa İttifaqı ölkələrini 2023-cü il martın 31-dək qaz istehlakının könüllü olaraq 15% azaldılması planını sentyabrın sonuna qədər təqdim etməyə məcbur edib.

Bir sıra Avropa ölkələri, o cümlədən İspaniya, Portuqaliya, İtaliya, Polşa və Macarıstan bu təşəbbüsü dəstəkləməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button