ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

MBH üzvü narkotik vasitələr satmaqda ittiham olunur

Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvünü azad etməyib, ona qarşı narkotik ittihamı qüvvədə saxlanılıb.
Qafqaz.ir-nin Turan xəbər agentliyinə istinadən məlumatına əsasən, cümə günü Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 234-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham olunan Şahin Qədirlinin həbsindən şikayəti təmin etməyib.
Onun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, istintaqın məlumatına görə, ondan 7 qram metamfetamin aşkar edilib. Qədirli ittihamı rədd edib.
Vəkil ittihamın əsassız olduğunu qeyd edib. İşdə iddia olunur ki, Qədirli narkotik maddəni “satış məqsədilə” əldə edib, lakin onun narkotik maddə alverilə məşğul olmasına dair heç bir sübut yoxdur.
Vəkil onu da qeyd edib ki, Qədirli saxlanılandan sonra doğmaları ilə əlaqə saxlamasına, öz seçdiyi vəkili dəvət etməsinə imkan verilməyib.
Qədirli hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.
Vəkil qeyd edib ki, narkotik maddələrlə bağlı cinayət işlərinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin yox, polisin səlahiyyətinə daxildir.
Ötən illərin təcrübəsi göstərir ki, ailə rejimi cəmiyyət arasında nüfuzu olan insanları susdurmaq üçün adətən şərləyir və məhkəmələr onların haqqında sifarişli hökmlər çıxarır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button