ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Marneulidə təntənəli Ramazan bayramı şənliyi keçirilib – FOTO
23 aprel tarixində Marneulidə tən-tənəli Ramazan bayramı şənliyi həyata keçirilib.
Aktual.ge xəbər verir ki, Hz. İmam Əli (ə.s) Xeyriyyə Fondu və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə baş tutan bayram şənliyi tədbirinə ÜGMADİ sədri Mirtəqi Əsədov, Hz.Əli Məscidinin axundu, imamcümələrdən biri Hacı Hacıyev, Parlamentin üzvü Zaur Darğallı, Tariel Nakaidze, imam cümələr, Hacı Hacıyev, Hacı Rasim Məmmədov, Hacı Əziz Nəbiyev, Baptist kilsəsinin Yepiskopu Malxaz Sonqulaşvili, Poniçala (Soğanlıq) məscidinin axundu Hacı Rahid Kərimov, Beynəlxalq Al-Mustafa Univeristetinin Gürcüstan nemayəndəsi Hacı Yusif Həsənzadə, Marneuli Bələdiyyə Məclisinin deputatları Tariel Məmmədov, Anar Piriyev, Ramap Əhmədov, din xadimləri, yerli və ətraf sakinlər qatılıb.
Kərbəlayi Rza Cəfərinin Qurani-Kərimin tilavət etməsi ilə başlayan tədbirdə çıxış edən Seyid Mirismayıl Əsədov Ramazan bayramı münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik. O, bütün müsəlmanları birliyə və vəhdətə dəvət edib.
Səid Həsən və Anar Cəfərinin dini müsiqilər sədaları altında davam edən tədbirdə çıxış edən natiqlər Ramazan ayında tutulan oruc, edilən dua və ibadətlərin qəbul olunmasını arzulayıblar.
Tədbirin sonunda Marneuli İmam Əli (ə.s) Xeyriyyə Fondunun rəhbəri Hacı Amil Xəlilovun dualar etməsi ilə yekunlaşıb. Daha sonra Marneuli səmasını aydınlatan havai fişənqlər atılıb.