ArxivXəbər lentiXəbərlər

Serj Sarkisyan Dağlıq Qarabağa gəlib-Bakının reaksiyası necə olacaq?

Ermənistan prezidenti Serj Sarkisyan bu gün qanunsuz olaraq Dağlıq Qarabağa gəlib.

Musavat.com-un xəbərinə görə, bununla bağlı erməni mediası xəbər yayıb. Ermənistan prezidentinin aparatı bununla bağlı yaydığı məlumatda həyasızcasına iddia edib ki, S.Sarkisyan qondarma “Dağlıq Qarabağ respubliksı”na “işgüzar səfər” edib. “Ermənistan prezidenti, silahlı qüvvələrin ali baş komandanı bu gün, 25 martda iki erməni respublikası arasında əməkdaşlıq münasibətləri çərçivəsində Dağlıq Qarabağa işgüzar səfər edib”-məlumatda deyilir.

Bu, S.Sarkisyanın ilk qeyri-qanuni səfəri deyil. Ermənistandakı parlament seçkiləri öncəsi şübhəsiz ki, işğalçı ölkənin prezidenti Xankəndiyə qanunsuz gəlməklə divident qazanmağa çalışır.

Hələlik rəsmi Bakının məsələyə reaksiyası bəlli deyil. İş günü olmadığından Azərbaycan XİN-dən Sarkisyanın bu özbaşınalığına münasibət öyrənə bilmədik. Hələlik beynəlxalq təşkilatlar və Minsk Qrupu da sülh danışıqlarının pozulmasına və bölgədə vəziyyətin gərginləşdirilməsinə yönəlik bu cəhdə reaksiya verməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button