ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Makron İran prezidenti ilə nüvə sazişini müzakirə edib

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi axşam İran İslam Cümhuriyyətinin prezidenti Ayətullah Seyyid İbrahim Rəisi ilə telefonla danışıb

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi axşam İran İslam Cümhuriyyətinin prezidenti Ayətullah Seyyid İbrahim Rəisi ilə telefonla danışıb.

Telefon danışığı zamanı iki ölkə lideri koronavirus epidemiyası ilə birgə mübarizə, regional əməkdaşlıq və nüvə danışıqları haqqında müzakirə aparıblar.

İbrahim Rəisi telefon danışığı zamanı bildirib ki, İran həmişə nüvə məsələsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın sadiqliyini dəfələrlə təsdiqləyib.

Rəisi sanksiyaların aradan qaldırılması üçün danışıqların başlanmasına toxunaraq deyib: “Danışıqlara hərtərəfli heyət göndərilməsi İranın bu danışıqlarda ciddi iradəsini göstərir”.

Rəisi Fransa prezidentini danışıqları yekunlaşdırmaq və İrana qarşı sanksiyaları ləğv etmək üçün Vyanada digər ölkələrlə işləməyə çağırıb.

@giperssilkaru

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button