ArxivXəbər lentiXəbərlər

Hökumət “Formula-1”ə nə qədər xərcləyəcək?

AXCP sədri Əli Kərimli Bakıda keçiriləcək “Formula-1” yarışı üçün Azərbaycan hökumətinin bu il nə qədər vəsait xərcləyəcəyinə dair feysbuk səhifəsində qeyd paylaşıb. AXCP lideri yazır:

Əksəriyyət səhvən elə bilir ki, “Formula-1” yarışları ölkəmizə 50 milyon dollara başa gələcək. 50 milyon dollar az pul deyil, amma təəssüf ki, ölkəmizin “Formula-1” xərcləri bu rəqəmdən dəfələrlə çox olacaq. 50 milyon dollar isə sadəcə yarışa ev sahibliyi etmək “şərəfinə” nail olmaq üçün ölkəmizin bu il ödəməli olduğu məbləğdir. Yolların təmiri və s. xərclər buraya daxil deyil.

Hökumət maraqlıdır ki, bu böhran dövründə “Formula-1”in ölkəmizə həqiqətən neçəyə başa gələcəyini gizlətsin. Amma artıq bilinir ki, builki dövlət büdcəsində beynəlxalq idman yarışlarının keçirilməsi üçün 324 milyon manat (devalvasiyadan əvvəlki manatla) ayrılması nəzərdə tutulur. Düzdür, bu il ölkəmizdə həm də Ümumdünya Şahmat Olimpiadası keçiriləcək, lakin onun xərci böyük deyil. Deməli, 324 milyon manatın tam əksəriyyəti “Formula-1”ə xərclənəcək.

Bu qədər pulu “Formula-1”ə xərcləməyə hazır olan hökumət 5 min dollara qədər krediti olan vətəndaşlara kompensasiya üçün 250 milyon dolları “tapa bilmədi”. Çünki prioritetlər başqadır. Hökumət üçün əsas şöhrətdir, xalqımızdan isə narahat deyillər. Əmindirlər ki, gerçəkdən də dözümlü xalqıq və bir az danışıb, sonra yeni həyat standartlarına alışacağıq. Nə deyirsiniz, hökumət bizim haqda belə düşünməkdə haqlıdır?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button