ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İbrahim Rəisi Baydenə cavab verib: İran 43 il əvvəl sizin əsarətinizdən azad edilib

“Bir neçə saat öncə eşitdim ki, ABŞ prezidenti İranın azad ediləcəyindən danışıb. İlk dəfədir ki, bu şəkildə rəsmi tribunadan açıqlama verilir. Cənab Bayden İran 43 il əvəəl azad edilib və bir də sizin əsarətinizin altına keçməyəcək. Biz heç vaxt sağmal inək olmayacağıq.”
Qafqaz.ir xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi “13 Aban tələbə” və “Dünya hegemonluğuna qarşı mübarizə” günü münasibətilə keçirilən mitinqlərində etdiyi çıxışında deyib.
İbrahim Rəisi bu çıxışında Co Baydenin ötən gün dilinə gətirdiyi sözü xatırladıb və bildirib ki, bəlkə də bu onun tez-tez sayıqlamasının digər bir göstəricidir.
Rəisi əlavə edib ki, İran ABŞ-ın əsarətindən 43 il əvvəl azad edilib və bundan sonra da heç vaxt ABŞ üçün sağmal inək olmayacaq.
Rəisi İranda son zamanlarda iğtişaşlara və terror hücumlarına təhrikin başında ABŞ-ın durduğunu bildirirb və deyib:
“Bu gün təkəbbürün simvolu və təzahürü Amerikada hökmranlıq edən hakimiyyət sistemidir. Amerika üzərində hökmranlıq sistemi təkəbbür və ən böyük mənada böyük şeytanın simvoludur. O, öz maraqlarına çatmaq üçün dünyanın müxtəlif yerlərində bir çox ölkələri və xalqları məhv etməyə hazırdır ki, öz maddi və mənəvi mənafeləri təhlükə altında olmasın. Buna görə xalqları hegemonluq və təkəbbür təhlükəsi məsələsində məlumatlandırmaq lazımdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button