Arxiv

Azərbaycanda Masonluğ (Araşdırma)

Oksford Universitetinin professoru John Lenoxx deyirdi: “Əgər din qaranlıqdan qorxan insanların uydurduğu bir nağıldırsa, ateizm də işıqdan qorxan insanların uydurduğu nağıldır”.

Amma axı bütün dinlərə və dinsizlərə böyük ehtiramla yanaşan təriqətlər də var. Bəli, nə qədər anormal görünsə də həm dinsizə, həm dinlərə eyni hörmətlə yanaşan, tolerant qurumun üzvlərinə masonlar deyilir. O zaman masonluq nədir?

Azərbaycan SSR Ali Soveti və Milli Məclisin sabiq üzvü, Astara Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sultan Məmmədovun “Masonluq: dünyanı idarə edən qüvvə” əsərində bu barədə belə məlumat verilir:
“Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu, masonluğun tarixi kökü daha erkən dövrlərə gedib çıxır. Hətta masonluğun tarixini Həzrəti-Adəmə aparıb çıxaranlar da olub.
Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə əlaqələndirirlər. Bir çox tədqiqatçılar masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarır. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir.
Yəqin ki, mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason – bənna (daşyonan usta) deməkdir. Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəslə ötürə bilsin.
Məbədin tikintisinə müxtəlif xalqlara mənsub olan 130 min işçi cəlb olunur. Məbəd tikintisi işinə Misir müdriklərinin şagirdi Adoniram rəhbərlik edir. Solomon kimi, ilahi bilikləri mənimsəmiş Adoniram işçiləri üç qrupa – şagird, usta köməkçisi və usta dərəcələrinə bölür .Hər dərəcəyə uyğun olaraq fərqləndirici nişan, söz və qayda müəyyənləşdirilir. Adoniram onları dərəcələri üzrə seçilmiş müdriklərin işi ilə və xüsusi simvollarla tanış edir və həmin dərəcələrə uyğun əmək haqqı müəyyənləşdirir. Ona görə qalan işçilərin bir qrupu hiylə, güc ilə Adoniramdan usta dərəcəsi almağa cəhd göstərirlər.
Bir dəfə işdən sonra məbəd boş olan vaxt Adoniram görülən işə baxış keçirəndə cənub qapıdan ona sui-qəsdçi yaxınlaşır və usta dərəcəsi tələb edir. Usta dərəcəsi ala bilməyən sui-qəsdçi ona çəkiclə vurur. Adoniram şimal qapıya doğru gedir, şimal qapıda digər sui-qəsdçi ona kirkə ilə zərbə endirir. Adoniram ölümünü hiss edib, ilahi başlanğıcı və sirri ifadə edən, üzərində “İqovi” sözü olan qızıl pərgarı quyuya atır. Onda Şərq qapısından üçüncü sui-qəsdçi Adonirama hücuma keçib, onu ölümcül yaralayır. Adoniramın cəsədini gizlətmək üçün onu torpağa basdırıb, yerini zeytun budağı ilə nişanlayırlar. Solomon Adoniramın ölüm xəbərini eşidəndə çox qəmgin olur və tapşırır ki, meyidi tapsınlar. Axtarışdan sonra cəsəd tapılır. Qəbrin üstündə basdırılmış zeytun budağı göyərmişdi. Günahsız olduqlarını sübut etmək üçün işçilər ağ əlcək geyirlər. Bu rəvayətdə istifadə olunan sözlər-çəkic, pərgar, əlcək, önlük, zeytun çələngi, şagird, usta köməkçisi və s. müasir masonluğun önəmli simvollarıdır”.
Masonların “Nur”u Azərbaycanda gur yanır
2000-ci ildə Vaşinqtonda türkdillilərin “Nur-2000” lojası qurulanda, Azərbaycanda Azad Masonluğu qurub baza şəklində inkişaf etdirmək üçün lojadan istifadə qərarı qəbul edildi. Azərbaycan Keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən və türkdilli Avropa ölkəsidir. Təbii, bütün bunların masonluğa heç bir dəxli yoxdur. Amma nəzərə alanda ki, Azərbacan həm neft ölkəsidir, həm də Cənubi Qafqazda starteji üstünlüyə malikdir, o zaman masonların BİZƏ “sevgisi” anlaşılandır.
Mason “Nur”unun Azərbaycandakı havalı başçısı kimdir?
Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Washington D.C-də qəbul olunmuş “Azerbaijan Lodge No.2001” yaradılması ilə başladı. Bir il sonra Washington D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada “Drujba (dostluq) No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Washington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsi yaradıldı.
Azərbaycanda “Nur-2000″nin başçısı çox böyük post tutmuş məmurlardan biridir. Özü də havalı məmur…
2001-2008 aralığında hazırlıq işlərinin çoxu Azərbaycan Lojası tərəfindən həyata keçirildi. Bir çox qonaq Bakıya səfər etdi, rəsmilərlə görüşdü və Azad Masonluğun xeyrini bildirdi. Bunun ardından Washington D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008” təsis olundu və Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işləri görüldü. Bu işdə Rusiya Böyük Lojası kömək göstərdi və çətin layihənin bütün səylərini dəstəklədi.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Washington D.C. , Rusiya, Türkiyə Böyük Lojaları və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edildi.
Toplantının sonunda protokol imzalandı və növbəti həftə 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edildi. Həmin gün Azərbaycan Milli Böyük Lojasının toplantısı çağırıldı və Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olundu. Daha sonra Robert Bağır Heyət Böyük Loja işçilərini elan etdi. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı oldu və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən buraxıldı.
Hal-hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan “Lodge No.1″, ” Drujba Lodge No.3″, “Baku Lodge No.4”.
“Xəzər Lojası No.2” isə Ankarada Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyətdədir.
Qeyd edək ki, “Nur-2000”-in Azərbaycandakı başçısının “kliçkası” Canikdir.
Azərbaycanda milliləşən masonluq
Bizdə qəribə milliləşmə anlayışı var. Bəlkə də haqlı deyiləm, amma 102 üzvü olan Azərbaycan Milli Böyük Lojasının adı çox maraqlıdır. Məgər biz masonluğu da milliləşdirmişik?
Çox zavallı xalqıq. Facebook sosial şəbəkəsində “Qarabağ” və ya “Şəhidlər” səhifəsinin üzvlərinə baxın, sonra bu sayı Facebookda 44.916 üzvü olan Azərbaycan Milli Böyük Mason Lojası səhifəsi ilə müqayisə edin. Çox ağrılıdır.
Siz bu səhifədəki yazışmalara baxanda dəhşətə gələcəksiniz. Çünki bu səhifə masonluğun təbliği ilə çox ciddi şəkildə məşğuldur. Amma mane olan yoxdur. Çünki söhbət islam dininin təbliğindən getmir. Belə olsa bu səhifə ciddi nəzarət altına alınardı və “mövhumatı yayanlar” həbs edilərdi. Ən azından hansısa ölkəyə işləməkdə günahlandırılardı. Amma Azərbaycanda digər təriqətlərə və inanclara münasibət tam fərqlidir, masonluğa olan sevgi isə tam fərqli. Gerçəkdənmi dünyanı masonlar idarə edir? Amma “Masonlar dünyanı idarə edir və Şeytana tapınırlar!” fikri artıq illərdir bu sahə ilə maraqlanan araşdırmaçıların gəldiyi son qənaətdir.
Azərbaycan iqtisadiyyatını və biznesini “Bohemian Qrove” mason klubu idarə edir?
Məlumatlara görə, dünyada mason siyasətini həyata keçirən cəmiyyətlərdən biri olan “Bohemian Qrove” klubu Azərbaycanda da fəaliyyət göstərir.
Dünyanın ən qaranlıq və gizli şəbəkələrindən olan “Bohemian Qrove” 1880-ci ildə ABŞ-da yaradılıb. Simvolu bayquş olan bu kluba yəhudi lobbisinin önəmli simaları rəhbərlik edir.
Bunların arasında D.Rokfeller, Rotşild, H.Kissincer, C.Soros, Z. Bjezinski və digərilərini göstərmək olar.
“Bohemian Qrove” klubu da “Lions”, “Rotari”, “Bilderberq” klubları kimi dünyanın gizli hakimiyyətlərinə xidmət edib mason siyasəti həyata keçirir. Bu klubu Azərbaycanda əsasən biznes və iqtisadi məsələlər maraqlandırır.
Sultan Məmmədovun “Masonluq: Dünyanın hörümçək toru” kitabında yazılıb ki, Azərbaycanın 20-yə qədər yüksək vəzifəli məmurları, siyasətçiləri, hüquqşünas və müxalifət liderləri “Bohemian Qrove” klubunun üzvüdür.
Müəllif kitabında “Yeni çağ” qəzetinin də bir neçə il əvvəlki saylarından bəzi məlumatlara istinad edərək yazıb ki, 2008-ci il dekabrın 27-də Azərbaycanda bir mason məmur “Bohemian Qrove”nin ən yüksək dərəcəsinə seçilib: “Həmin məmurun xaricdə və ölkə daxilində güclü biznesi var. Tədbirlərə gedərkən qoluna bağladığı saatda mason simvolunu -üçbucağı görmək olar”.
Soros Fondu Azərbaycan müxalifətinə 30 milyon dollar ayırıb
Sözügedən kitabda Azərbaycan müxalifətinin masonlarla əlaqələrinə də geniş yer verilir. Müəllif yazır ki, Soros fondu və digər mason yönümlü klublar Azərbaycanın siyasi partiyaları ilə fəal iş apararaq 2005-ci ilin parlament seçkilərində narıncı inqilaba cəhd ediblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan müxalifətinin liderlərinin Corc Sorosla şəxsi əlaqələri var. Daha sonra müxalifət liderlərinin 2005-ci ildə Türkiyədə Sorosla görüşdüyü qeyd olunur və həmin görüş belə təsvir edilir: “AXCP sədri 2005-ci ilin iyulunda Türkiyədə səfərdə olarkən bir sıra siyasi, ictimai və iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləri ilə görüşüb. Bunların arasında “Rotari” klubu da olub. “Rotari” klubu mason siyasətini həyata keçirən təşkilatdır. Dünyanın 156 ölkəsində 1,2 milyon üzvü var. Onların şüarı dünya birliyinə xidmət etməkdir. Mərkəzi qərargahı İllinoys ştatının Evenston şəhərində yerləşir”.
Bunun ardınca müəllif müxalifət liderlərinin Türkiyədəki görüşü barədə bunları yazır: “2005-ci il iyul ayının 13-də, səhər saat 06:40-da İstanbula gələn müxalifət liderləri İstanbulun Nəqqaştəpə səmtində yerləşən və milliyətcə kürd olan, Türkiyə mediasında adı narkobaron olaraq hallanan Hüseyn Bəybaşıya məxsus villada C.Sorosla görüşüb. Bu görüşdə Türkiyənin Mustafa Koç, Aydın Doğan, Tuncay Öz İlhan kimi bir neçə məşhur simaları da iştirak ediblər”.
Məlumatda o da qeyd olunur ki, C.Soros həmin vaxt Azərbaycandakı parlament seçkilərində müxalifətin fəaliyyətini maliyyələşdirmək üçün 30 milyon dollar ayırıb.
Kitabda masonluğun Azərbaycandakı tarixindən və simvollarından da bəhs olunur, eyni zamanda bildirilir ki, 2003-cü il iyulun 3-də Moskvanın Şərq rayonlarının birində azərbayanlılar üçün xüsusi olaraq “Dostluq24”mason lojası yaradılıb.
Bu lojada ancaq Moskva və onun ətrafında yaşayan azərbaycanlılar masonluqla məşğul olublar.
Azərbaycanda isə 8 dekabr 2008-ci ildə “Böyük Milli Loja” fəaliyyətə başlayıb və “Dostluq24”lojası “Azərbaycan Milli Lojası”nın tərkibinə daxil edilib.
Onu da qeyd edək ki, dünyanın ən məşhur mason lojasında 33 dərəcəli ustad mason azərbaycanlıdır.
Bakıdakı otellər mason klublarının beşiyidir
Bayaq “Rotari” klubdan danışdıq. Azərbaycanda fəaliyyət göstərən “Rotari” klub “Hyatt” otelində yerləşir. Yazını hazırlayarkən klubun saytına baş çəkdik (www.bakurotary.org). Saytda göstərilən telefon nömrələrinə zəng vurduq. Oteldən bizə bildirdilər ki, onlarda belə bir klub fəaliyyət göstərmir. Lakin biz ünvanın klubun saytında göstərildiyini bildirdik. “Rotari” klubun prezidenti kimi təqdim edilən Emil Həsənovun telefonuna dəfələrlə zəng etdik. O, telefonumuza mesajla iki nömrə göndərdi və onlarla əlaqə saxlamağı məsləhət görərərk telefonu üzümüzə qapatdı.
Azərbaycanda masonluq simvolları
“Avtovağzal” metrosunun çıxışı mavi piramida şəklindədir. Bu görüntü artıq sizlərə tanışdır. Çünki “İçərişəhər” metrosunun da çıxışı eyni formalıdır. Bu isə paytaxtımıza təşrif gətirən qonaqlara Parisdəki Luvr muzeyinin çıxışını xatırladır.
Çox maraqlıdır, Səadət Sarayının təmirdən sonrakı görünüşü çoxlarını mat qoydu. Bakı milyonçusu Murtuza Muxtarovun evi olan indiki Səadət Sarayının üzərində mason, illimunatı simvolları və Davud ulduzu aşkar şəkildə görünür. Sarayın günbəzlərindən birinin üzərində “M” hərfi aydınca həkk olunub. “M” masonluğun baş hərfi kimi sarayın binasına yapışdırılıb.
Masonluğun daha çox yayılan simvollarından biri aslan başı Bakının bir çox fontanlarında, körpülərində həkk edilib. Simvol yəhudi totemlərindən biridir. Bu, mason, illimunat və s. kimi gizli şəbəkələrdə simvol formasında istifadə olunur.
“Koroğlu” metrosu masonların ən çox istifadə etdiyi piramida şəklində inşa olunub. Piramida forması həm də masonların idarəçilik üsuludur.
Məşhur mason sütunları. Şəhərimizidəki yeni tikililərin bir çoxunda tez-tez rast gəlmək olar. “Filarmoniya” bağındakı fəvvarənin ətrafında bu sütunlar görünür. Sütunların hər biri mason görüşlərində iştirak edənlərin durduğu yerdir.
Qeyd edək ki, Bakıda əsrin əvvəllərində neft milyonçularının inşa etdirdiyi binaların iç və çöl dizaynında mason simvollarından geninə-boluna istifadə edilib. Bu isə ondan irəli gəlir ki, o zaman bu binaların layihəsini İtaliyadan, Almaniyadan gələn memarlar hazırlayırdılar.

İnterpress.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button