ArxivXəbər lentiXəbərlər

Ermənilər sərhəd kəndlərindən qaçır

Azərbaycanla sərhəd kəndlərdə yaşayan Ermənistan vətəndaşlarının kütləvi köçünün qarşısını almaq üçün növbəti cəhd edilib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ilə sərhəd kəndlər də daxil olmaqla, Ermənistan Azərbaycanla sərhəddə yaşayan erməni vətəndaşlar üçün vergiləri ləğv edib. Vergilərin ləğvi əsasən “biznes strukturu və sahibkarlıq fəaliyyəti” ilə bağlıdır. Sərhədyanı kəndlərdə heç bir biznes strukturu olmadığından, bu qərar acınacaqlı vəziyyətdə yaşayan erməni kəndlərinin inkişafına heç bir töhfə verə bilməz. Ermənistan vergilər içərisində yalnız “fiziki şəxslərin gəlir vergisini” ləğv etməyib ki, sərhəd bölgəsində yaşayanların vergisi də əsasən elə bundan ibarətdir. Vurğulayaq ki, 2014-cü ildə Ermənistan əhalisinin sayı ümumilikdə 5,6 faiz azalıb. Acınacaqlı həyat şəraitinə görə ölkədən gedənlərin böyük əksəriyyəti isə Azərbaycanla sərhəd bölgələrə düşür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button