ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Yadigar Sadıqlı: Bəzi qüvvələrin Qasım Süleymani ilə bağlı səsləndirdiyi neqativ məlumatlar şaiyədən başqa bir şey deyil

nun xüsusi təyinatlı Qüds qüvvələrinin komandiri, General Qasim Süleymaninin ABŞ tərəfindən terror nəticəsində öldürülməsi bir neçə gündür ki, dünya gündəminin ən çox müzakirə olunan mövzusuna çevrilib. Xüsusən İŞİD və digər təkfirçi qruplaşmaların məhv edilməsində, müsəlmanların imperialist və işğalçı qüvvələrdən müdafiə olunmasında əvəzsiz xidmətlər göstərdiyi üçün, ABŞ və müttəfiqlərinin qorxulu kabusuna çevrilən, eyni zamanda qatı düşmən kimi xarakterizə edilən Qasim Süleymani öz ölümü ilə yeni bir tarix yazmaqla yanaşı, dünya siyasi arenasını da dəyişmək iqtidarında olduğunu sübuta yetirdi.

 

 

Bu gün bəzi vəhabi təfəkkürlü, radikal millətçi psixologiyasına malik antiİslam meyilli qüvvələr tərəfindən Qasim Süleymaninin şəxsiyyətinə kölgə salınmasına cəhd göstərilsə də, aparılan dırnaqarası təbliğatlar heç bir nəticə vermir. Nəinki İran xalqı, o cümlədən dünya müsəlmanları Qasim Süleymaninin addımlarını yüksək qiymətləndirir.

 

Bəs görəsən Qasim Süleymaninin ölümü, ABŞ və İran arasında onsuz da gərgin olan münasibətləri müharibə həddinə çatdıra bilərmi? Ümumiyyətlə baş verən hadisələr fonunda Qərbin sərgilədiyi mövqe necə dəyərləndirilir?

 

Rakurs.tv mövzunu Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı ilə müzakirə edib. Yadigar Sadıqlı baş verən hadisənin ABŞ və İran arasında müharibəyə səbəb olacağını düşünmədiyini bildirib. Amma hər iki ölkə arasında gərginliyi xeyli artıracağını dilə gətirib: “Bu gərginliyin nəticələrinin nədən ibarət olacağını isə indidən söyləmək çox çətindir. Hazırda İraqdakı ABŞ qüvvələrinin ölkədən çıxarılması Parlament tərəfindən tələb olunur. Baş verən bütün proseslər radikal vəhabi qruplaşmalarının fəallaşmasına təsir göstərə bilər. Lakin heç kəs bu cür fəsadların baş verməsini istəmir. Azərbaycanın da yaxın olduğu bölgədə radikal qrupların yenidən dirçəlməsi heç kimə sərf etmir”.

 

Yadigar Sadıqlı əlavə edib ki, Qasim Süleymani Livanda, Suriyada, ümumilikdə Yaxın Şərq regionunda həyata keçirdiyi əməliyyatlarla daha məşhurdur: “ Bəzi qüvvələrin Qasim Süleymani ilə bağlı səsləndirdiyi neqativ məlumatlar isə şaiyədən başqa bir şey deyil. Bu gün sosial şəbəkələrdə kim nə istəsə paylaşır və bəzi insanlar da həqiqəti araşdırmadan, yayılan şaiyələrə inanırlar. Ancaq mən Qasim Süleymaninin  Azərbaycanla bağlı səsləndirdiyi hər hansı bir neqativ informasiya,yaxud təhdidlə bağlı məlumatlı deyiləm. FACEBOOK və digər sosial şəbəkələrdə yayılan informasiyalar isə sadəcə yoxlanılmayan məlumatlar və şaiyələrdir”.

 

Ekspert qeyd edib ki, baş verənlərə Qərbin münasibəti birmənalı deyil: “Məsələn Böyük Britaniya ABŞ-ın atdığı addımı dəstəklədi və bu hər zaman belə olub. Lakin mən şəxsən bir ölkənin rəsmi şəxsini və onun rəhbərlik etdiyi qurumu təhdid edib, sonrada terrora məruz qoymağı düzgün hesab etmirəm. Bu beynəlxalq hüquq normalarına da ziddir. Qüds qüvvələri hər hansı bir terror təşkilatı yox, ölkənin rəsmi dövlət strukturudur. Dövlətlə müharibə etmədən onun strukturunu ittiham etmək doğru yanaşma deyil”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button