ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məhkəmə Bəxtiyar Hacıyevi azad etməyib

çərşənbə axşamı Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsinə dair vəsatətə baxıb.
Vəkil Aqil Layıc bildirib ki, müdafiə tərəfi vəsatəti Hacıyevin həbsdə saxlanılmasına “istintaq zərurətinin olmaması”, eləcə də uzun sürən aclığa görə səhhətilə əsaslandırıb.
Lakin məhkəmə vəsatəti təmin etməyib və müdafiə tərəfi yenidən apellyasiya şikayəti vermək niyyətindədir.
Hacıyev məhkəməyə gətirilib. O təkrar edib ki, ona qarşı cinayət işi ictimai fəaliyyətinə, hökuməti tənqid etdiyinə, beynəlxalq arenadakı çıxışlarına görə cəzalandırmaq məqsədilə saxtalaşdırılıb. O, azadlığa buraxılana qədər aclığı davam etdirəcəyini bildirib.
Hacıyev deyib ki, şüurlu olduğu müddətdə onun iradəsinə zidd olaraq tibbi müdaxiləyə yol verməyəcək.
* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və indiyədək davam etdirir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button