ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məhbus üçün sovqat qəbul edilmir?

16-saylı cəzaçəkmə müəssisəsində saxlanılan Quliyev Bəhruz Qulu oğluna qarşı qadağalar ailəsinin narahatlığına səbəb olub.

Bu barədə Bəhruz Quliyevin ailəsi redaksiyamıza bildirib. Belə ki, oğullarının şərlənərək həbs ounduğunu iddia edən ailə artıq bir ay ərzində ikinci dəfədir ki, Bəhruz Quliyevə göndərilən sovqatın həbsxana rəhbərliyi tərəfindən qəbul edilmədiyini bildirib. Həbsxana nəzarətçilər azuqəni yalnız ailə üzvündən qəbul edə biləcəklərini söyləyərək Bəhruz Quliyevin dostları tərəfindən gətirilən azuqəni geri qaytarıblar. Ailəsi isə Bərdə şəhərindən Bakıya gəlmə çətinliyi səbəbindən bu işin ailəyə yaxın qohum və dostlar tərəfindən icrasına cəhd göstərsə də, qoyulan qadağa səbəbindən bu mümkün olmayıb. “Biz yaşlı adamlarıq və hər dəfə Bakıya gedib gəlmək üçün yetərincə əziyyət çəkirik. Xəstəlik səbəbindən havaların soyuması isə problemləri daha da dərinləşdirib. Buna görə də Bakıda dost və qohumlardan aylıq azuqə olaraq Bəhruza zəruri ehtiyaclarının ödənməsini xahiş etsək də, həbsxana rəhbərliyi bunu qəbul etməyib”-deyə ailəsi redaksiyamıza bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button