Ermənistanın taktiki pilotsuz uçuş aparatı məhv edilib – FOTO
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.
Məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.