ArxivXəbər lentiXəbərlər

Səfir: “Şimal-Cənub” dəhlizi Hindistanı Şimali Avropa ilə birləşdirəcək”

Hİndistanın Tehrandakı səfiri Surab Kumar Astara (İran) sərhəd şəhərində olub, Azərbaycan və İran müştərək dəmir yolu körpüsünə baxış keçirib və dəmir yolu terminalında tikinti işləri ilə tanış olub.

APA-nın Tehran bürosunun məlumatına görə, S.Kumarı baxış zamanı İranın Dəmir Yol İdarəsinin şimal-qərb bölgəsi üzrə idarə rəisi Əli Xudayi və Astara şəhər başçısı Yunis Rənckeş müşaiyət edib. Hindistanın Tehrandakı səfiri S.Kumar Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb və bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanı Şimali Avropada Helsinki limanı ilə birləşdirəcək. “Astara – Astara dəmir yolu layihəsi və onun “Şimal-Cənub” dəhlizinə birləşdirilməsi beynəlxalq ticarətdə təsiredici rola malikdir. Biz bu dəmir yolunun təkmilləşməsində maraqlıyıq və onun potensialından istifadə edəcəyik. Astara – Astara dəmir yolu Xəzər dənizini Fars Körfəzi ilə birləşdirəcək, bu yol “Şimal-Cənub Dəhlizi”nin önəmli halqasıdır və region ölkələri arasında iqtisadi əlaqələri asanlaşdırır”, deyə səfir qeyd edib.

Astara şəhər başçısı Yunis Rənckeş, öz növbəsində, İran və Azərbaycan dəmir yollarının birləşməsinin önəmindən danışıb və bildirib ki, Astara- Astara dəmir yolunun təkmilləşməsi işləri hazırda Azərbaycanın dəstəyi ilə aparılır. “Astara-Astara dəmir yolu dəmir yolu vasitəsilə yük daşımalarının sürətlə yerinə çatmasına və məsafənin azalmasına zəmin yaradır. Yolun Rəşt – Astara dəmir yoluna birləşməsi önəmli layihələrdəndir və İran İslam Respublikası ciddi şəkildə bu layihəni həyata keçirməkdə maraqlıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button